Yaponiya Ukraynaya yardım paketi hazırlayıb

Yaponiya hökuməti Ukraynaya 7 milyard ABŞ dollarına qədər yardım edəcək. Bunu Kiyevdə keçirilən beynəlxalq Krım platformasının 3-cü sammitində onlayn çıxış edən Yaponiyanın Baş naziri Fumio bildirib.
Bildirilir ki, Yaponiya yardım göstərmək üçün müharibədən sonrakı bərpa və fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə təcrübə və bacarıqlarından istifadə edəcək.
Kisida vurğulayıb ki, Yaponiya sülhü təmin etmək və onu yenidən gözəl Ukrayna torpağına qaytarmaq üçün Ukrayna xalqının tərəfindədir.
Yaponiya hökuməti Ukraynada Rusiya tərəfindən dağıdılmış infrastrukturun yenidən qurulması üçün əlavə 5,5 milyard dollar maliyyə yardımı edəcək.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər