• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

Zabux kəndinə ilk köç yola salınıb

Zabux kəndinə ilk köç yola salınıb
25.08.2023 10:05
Bu gün Laçın rayonunun yenidən salınan Zabux kəndinə ilk köç karvanı olaraq 20 ailə - 88 nəfər köçürülüb.  Bu barədə Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilir ki,  Bakının Qaradağ rayonundakı "Qobu park 3” yaşayış kompleksindən yola düşən köç karvanına Bərdədən, Şirvandan və Mingəçevirdən Zabuxa qayıdan ailələr qoşulub. Onların arasında I Qarabağ müharibəsi şəhidinin ailəsi də var.
 
Bu ilin sonunadək 10 minə yaxın şəxsin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına köçürülməsi nəzərdə tutlulub. Bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov deyib.

Laçına 700-dək ailənin, Laçın rayonunun Zabux və Sus kəndlərinə 400 ailənin köçürülməsi nəzərdə tutulub. Eyni zamanda, Füzuliyə 267 ailənin, Zəngilanın Ağalı kəndinə növbəti mərhələdə 100-ə yaxın ailənin qayıdışı və məskunlaşdırılması gözlənilir.
 
Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən, Laçın  dekabrın 1-də erməni silahlı qüvvələrinin işğalından azad olunub.

Laçın 18 may 1992-ci ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. 

İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı didərgin düşüb, 300-dən artıq hərbçi, eləcə də mülki şəxs həlak olub və itkin düşüb. Rayonda 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi işğala məruz qalıb.

İndiyədək Laçın rayonunda 254 ailənin, yəni 992 nəfərin daimi məskunlaşması təmin edilib.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xəzər dənizində zəlzələ olub
Cəmiyyət 21:29
Xəzər dənizində zəlzələ olub
Faktiki hava açıqlanıb
Cəmiyyət 20:33
Faktiki hava açıqlanıb
Rusiyada Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçirilib,saxlanılanlar var
Cəmiyyət 19:24
Rusiyada Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçirilib,saxlanılanlar var
Sabirabadda 3 gün əvvəl göldə batan şəxsin meyiti tapılıb
Cəmiyyət 18:29
Sabirabadda 3 gün əvvəl göldə batan şəxsin meyiti tapılıb
Astarada itkin düşən balıqçıların axtarışı davam etdirilir - Video
Cəmiyyət 17:16
Astarada itkin düşən balıqçıların axtarışı davam etdirilir - Video
DİM-dən köməkçi vasitələrlə qəbul imtahanına daxil olan abituriyentlərin məsələsinə münasibət
Cəmiyyət 14:30
DİM-dən köməkçi vasitələrlə qəbul imtahanına daxil olan abituriyentlərin məsələsinə münasibət
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 13:25
Sabahın hava proqnozu açıqlanıb
Salyanda 9 kiloqram narkotik satmaq istəyən şəxslər həbs olunub
Cəmiyyət 13:15
Salyanda 9 kiloqram narkotik satmaq istəyən şəxslər həbs olunub
Abşeronda "Azərişıq"ın əməkdaşı cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 13:07
Abşeronda "Azərişıq"ın əməkdaşı cərəyan vurması nəticəsində ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol