• $
  • £

Bəzi ölkələrdə koronavirusa yoluxma və ölüm kəskin artıb - ÜST

Bəzi ölkələrdə koronavirusa yoluxma və ölüm kəskin artıb - ÜST
26.08.2023 09:19
Koronavirusa yoluxma hallarının qlobal azalması fonunda bəzi ölkələrdə xəstəxanaya yerləşdirmə və ölüm halları kəskin artmaqdadır.

Bu barədə ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən brifinqdə deyib.

Qebreyesus dünya ölkələrini belə bir vəziyyətdə koronavirusun yeni ştamlarının yayılması ilə bağlı riski qiymətləndirmək üçün epidemioloji nəzarəti və məlumat mübadiləsini gücləndirməyə çağırıb:
"Biz bütün dövlətləri EG.5 və BA.2.86 kimi yeni ştamların yayılma riskini qiymətləndirə bilməmiz üçün nəzarəti gücləndirməyə çağırırıq”.
O vurğulayıb ki, bu ilin may ayında COVID-19-a yoluxma halının azalmasına baxmayaraq, bu xəstəlik sağlamlıq üçün qlobal təhlükə olaraq qalır.

Təşkilatın Cenevrədə dərc olunan məlumat hesabatında deyilir ki, iyulun 24-dən avqustun 20-dək dünyada 1,47 milyondan çox insan koronavirusa yoluxub və 2 000-dən çox insan ölüb. Əvvəlki 28 günlə müqayisədə yoluxanların sayı 63 % artıb, ölənlərin sayı isə 48 % azalıb. Səkkiz ölkə xəstəxanaya müraciətlərin 20 % və ya daha çox artdığını bəyan edib. Onların arasında Banqladeş, Yunanıstan, İslandiya, Meksika və ABŞ var. EG.5 ştamı 53 ölkədə aşkarlanıb.

Koronavirusla əlaqədar fövqəladə vəziyyət 2020-ci ilin yanvar ayının sonundan 2023-cü il mayın 5-dək qüvvədə olub. 11 mart 2020-ci ildə ÜST COVID-19 epidemiyasını pandemiya kimi tanıyıb. Avqustun 16-a olan məlumata görə, dünyada ümumilikdə 769 806 130 koronavirusa yoluxma qeydə alınıb, 6 955 497 nəfər ölüb. Mayın 5-də Cenevrədə keçirdiyi brifinqdə Qebreyesus bildirib ki, əslində ölənlərin sayı azı 20 milyondur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Konqresində Pit Heqsetə qarşı impiçment təşəbbüsü irəli sürülür
Dünya 23:56
ABŞ Konqresində Pit Heqsetə qarşı impiçment təşəbbüsü irəli sürülür
Ağ Ev İrana atəşkəs təklif etdiyi barədə xəbərləri təkzib edir - Yenilənib
Dünya 23:17
Ağ Ev İrana atəşkəs təklif etdiyi barədə xəbərləri təkzib edir - Yenilənib
ABŞ vətəndaşları avtomatik olaraq hərbi xidmət üçün qeydiyyata alınacaqlar
Dünya 21:30
ABŞ vətəndaşları avtomatik olaraq hərbi xidmət üçün qeydiyyata alınacaqlar
Putin Çinə səfər edəcək
Dünya 21:10
Putin Çinə səfər edəcək
Əraqçi çinli həmkarı ilə telefon danışığı aparıb
Dünya 20:49
Əraqçi çinli həmkarı ilə telefon danışığı aparıb
Kahramanmaraşda məktəbə silahlı hücum olub - yaralılar var/Yenilənib
Dünya 20:00
Kahramanmaraşda məktəbə silahlı hücum olub - yaralılar var/Yenilənib
Asim Muniri İrana səfər edib
Dünya 19:46
Asim Muniri İrana səfər edib
İslamabad görüşlərinin növbəti raundu bu tarixdə keçiriləcək
Dünya 18:45
İslamabad görüşlərinin növbəti raundu bu tarixdə keçiriləcək


Livanda İsrail ordusunun 600-ə yaxın hərbçisi yaralanıb
Dünya 17:48
Livanda İsrail ordusunun 600-ə yaxın hərbçisi yaralanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol