• $
  • £

Danimarka “Qurani-Kərim”in yandırılmasını qadağan edir

Danimarka “Qurani-Kərim”in yandırılmasını qadağan edir
26.08.2023 17:14
Danimarka qanunvericilik səviyyəsində "Qurani-Kərim”in yandırılmasını qadağan edir.
 
Bu barədə ədliyyə naziri Peter Hummelqaard məlumat verib.

"Deutsche Welle” nəşri xəbər verir ki, hökumət belə qadağanın söz azadlığını pozduğunu bildirən ölkənin bəzi müxalifət partiyalarının etirazlarını qəbul etməyib.

"Qanun layihəsi dini icma üçün mühüm dini əhəmiyyət kəsb edən obyektlərlə pis rəftar etməyi qadağan edir”, - deyə Peter Hummelqaard jurnalistlərə bildirib.

O əlavə edib ki, qanun layihəsi ictimai yerlərdə yandırma və digər təhqir etmə növləri ilə bağlı hərəkətlərə şamil ediləcək.
"Qanun layihəsində, misal üçün Qurani-Kərim”, "İncil” və ya "Tövrat”ın ictimai yerlərdə yandırılmasına görə məsuliyyət nəzərdə tutulub. Mən prinsipial olaraq, hesab edirəm ki, əşyaların yandırılmasından fərqli olaraq, fikirlərin ifadə edilməsinin daha sivil üsulları mövcuddur”, - deyə o vurğulayıb.

"NY Times” nəşrində isə deyilir ki, qanun layihəsinə əsasən, mühüm dini əhəmiyyət kəsb edən obyektlə pis münasibətdə təqsirkar bilinən şəxslər cərimələnə və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilə bilər.

Danimarka belə tədbirləri son aylarda baş vermiş çoxsaylı hadisələrlə əlaqədar olaraq görmək məcburiyyətində qalıb, həmin vaxt bu ölkədə və İsveçdə insanlar ictimai yerlərdə "Qurani-Kərim”in nüsxələrini yandırır və ya təhqir edirdilər. Bu hərəkətlər Şimali Avropa ölkələrindən bu cür aksiyaları qadağan etməyi tələb edən bir neçə müsəlman ölkəsində hiddətə səbəb olub.

Ötən həftə İsveç bu hərəkətlərdən qəzəblənən insanların hücumlarından qorxaraq, 2016-cı ildən bəri ilk dəfə olaraq terror təhdidinin səviyyəsini 2-yə qaldırıb.

Bu cür aksiyalar hələ keçən ildən bəri İsveç, Danimarka və Hollandiyada baş verir. O vaxt Stokholm və Haaqada baş vermiş bu cür insidentlər Türkiyə Diyanət İşləri İdarəsinin qəzəbinə səbəb oldu. Hətta Ankaranın Baş prokurorluğu tərəfindən İsveç, Danimarka və Hollandiyada "Qurani-Kərim”in yandırılması aktlarını törədənlərə qarşı cinayət işi açıldı.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Konqresində Pit Heqsetə qarşı impiçment təşəbbüsü irəli sürülür
Dünya 23:56
ABŞ Konqresində Pit Heqsetə qarşı impiçment təşəbbüsü irəli sürülür
Ağ Ev İrana atəşkəs təklif etdiyi barədə xəbərləri təkzib edir - Yenilənib
Dünya 23:17
Ağ Ev İrana atəşkəs təklif etdiyi barədə xəbərləri təkzib edir - Yenilənib
ABŞ vətəndaşları avtomatik olaraq hərbi xidmət üçün qeydiyyata alınacaqlar
Dünya 21:30
ABŞ vətəndaşları avtomatik olaraq hərbi xidmət üçün qeydiyyata alınacaqlar
Putin Çinə səfər edəcək
Dünya 21:10
Putin Çinə səfər edəcək
Əraqçi çinli həmkarı ilə telefon danışığı aparıb
Dünya 20:49
Əraqçi çinli həmkarı ilə telefon danışığı aparıb
Kahramanmaraşda məktəbə silahlı hücum olub - yaralılar var/Yenilənib
Dünya 20:00
Kahramanmaraşda məktəbə silahlı hücum olub - yaralılar var/Yenilənib
Asim Muniri İrana səfər edib
Dünya 19:46
Asim Muniri İrana səfər edib
İslamabad görüşlərinin növbəti raundu bu tarixdə keçiriləcək
Dünya 18:45
İslamabad görüşlərinin növbəti raundu bu tarixdə keçiriləcək


Livanda İsrail ordusunun 600-ə yaxın hərbçisi yaralanıb
Dünya 17:48
Livanda İsrail ordusunun 600-ə yaxın hərbçisi yaralanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol