• $
  • £

ABŞ Federal Ehtiyatlar Sistemi uçot dərəcələrini artırmağa davam edəcək

ABŞ Federal Ehtiyatlar Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
26.08.2023 21:32

ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) sədri inflyasiyanın "çox yüksək” olaraq qalması səbəbindən mərkəzi bankın "uyğun olarsa”, faiz dərəcələrini artırmağa davam edəcəyini bildirib.

FES-in İdarə Heyətinin sədri Cerom Pauel mərkəzi bank rəhbərlərinin illik toplantısında qiymət artımının sürətinin pik nöqtədən aşağı düşdüyünü, bununla belə, həmin rəqəmin 2 faizlik hədəfin üstündə qaldığını söyləyib.

O əlavə edib ki, bu səbəbdən uçot dərəcələri daha uzun müddət yüksək qala bilər.

Birləşmiş Ştatlarda inflyasiya iyul ayına qədər 3,2 faizə çatıb, əsas uçot dərəcəsi isə 5,25 faizdir ki, bu da son 22 ilin ən yüksək səviyyəsidir.

Cerom Pauel bu rəqəmləri xatırladaraq deyib:
"İnflyasiya pik həddən aşağı düşsə də, hələ də çox yüksək olaraq qalır. Uyğun olarsa, dərəcələri daha da artırmağa hazırıq və inflyasiyanın hədəfimizə doğru davamlı şəkildə aşağı düşdüyünə əmin olana qədər bu siyasəti məhdudlaşdırıcı səviyyədə saxlamaq niyyətindəyik”.

FES-in rəhbəri bildirib ki, inflyasiya keçən il 9.1 faizdən aşağı düşməsinə baxmayaraq, ərzaq və enerji qiymətləri "qeyri-sabit qalıb”.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Konqresində Pit Heqsetə qarşı impiçment təşəbbüsü irəli sürülür
Dünya 23:56
ABŞ Konqresində Pit Heqsetə qarşı impiçment təşəbbüsü irəli sürülür
Ağ Ev İrana atəşkəs təklif etdiyi barədə xəbərləri təkzib edir - Yenilənib
Dünya 23:17
Ağ Ev İrana atəşkəs təklif etdiyi barədə xəbərləri təkzib edir - Yenilənib
ABŞ vətəndaşları avtomatik olaraq hərbi xidmət üçün qeydiyyata alınacaqlar
Dünya 21:30
ABŞ vətəndaşları avtomatik olaraq hərbi xidmət üçün qeydiyyata alınacaqlar
Putin Çinə səfər edəcək
Dünya 21:10
Putin Çinə səfər edəcək
Əraqçi çinli həmkarı ilə telefon danışığı aparıb
Dünya 20:49
Əraqçi çinli həmkarı ilə telefon danışığı aparıb
Kahramanmaraşda məktəbə silahlı hücum olub - yaralılar var/Yenilənib
Dünya 20:00
Kahramanmaraşda məktəbə silahlı hücum olub - yaralılar var/Yenilənib
Asim Muniri İrana səfər edib
Dünya 19:46
Asim Muniri İrana səfər edib
İslamabad görüşlərinin növbəti raundu bu tarixdə keçiriləcək
Dünya 18:45
İslamabad görüşlərinin növbəti raundu bu tarixdə keçiriləcək


Livanda İsrail ordusunun 600-ə yaxın hərbçisi yaralanıb
Dünya 17:48
Livanda İsrail ordusunun 600-ə yaxın hərbçisi yaralanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol