• $
  • £

Macarıstan gələn il Avrozonaya daxil ola bilər

Macarıstan gələn il Avrozonaya daxil ola bilər
27.08.2023 10:50
Macarıstan potensial olaraq gələn ilin sonuna kimi Avrozonaya qoşulmağa hazır olacaq.

Bu barədə Macarıstanın Maliyyə Şurasının rəhbəri Arpad Kovaç bildirib.

"Macarıstan 2024-cü ilin sonuna qədər Maastrixt kriteriyalarına cavab verə biləcək”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, bu meyarlar 1992-ci il Avropa İttifaqı haqqında müqavilə ilə müəyyən edilib və onlar ölkənin Avrozonaya daxil olması üçün zəruri olan maliyyə-iqtisadi göstəriciləri tənzimləyir.

Macarıstan Maliyyə Şurasının rəhbəri iddia edir ki, gələn ilin yayına qədər ölkədə istehlak qiymətlərinin artımı 3 faizə düşə bilər. Dövlət borcu ÜDM-in 70 faizdən aşağı düşəcək, büdcə kəsiri isə təqribən 2,9 faiz təşkil edəcək.

Onun proqnozuna görə, 2023-cü ildə respublikanın ÜDM artımı təqribən 1 faiz olacaq, lakin artıq 2024-cü ildə 3,5-4 faizə qədər artacaq.

Avrozona ərazisində avro əsas dövlət valyutasıdır, buraya on yeddi Avropa ölkəsi daxildir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Konqresində Pit Heqsetə qarşı impiçment təşəbbüsü irəli sürülür
Dünya 23:56
ABŞ Konqresində Pit Heqsetə qarşı impiçment təşəbbüsü irəli sürülür
Ağ Ev İrana atəşkəs təklif etdiyi barədə xəbərləri təkzib edir - Yenilənib
Dünya 23:17
Ağ Ev İrana atəşkəs təklif etdiyi barədə xəbərləri təkzib edir - Yenilənib
ABŞ vətəndaşları avtomatik olaraq hərbi xidmət üçün qeydiyyata alınacaqlar
Dünya 21:30
ABŞ vətəndaşları avtomatik olaraq hərbi xidmət üçün qeydiyyata alınacaqlar
Putin Çinə səfər edəcək
Dünya 21:10
Putin Çinə səfər edəcək
Əraqçi çinli həmkarı ilə telefon danışığı aparıb
Dünya 20:49
Əraqçi çinli həmkarı ilə telefon danışığı aparıb
Kahramanmaraşda məktəbə silahlı hücum olub - yaralılar var/Yenilənib
Dünya 20:00
Kahramanmaraşda məktəbə silahlı hücum olub - yaralılar var/Yenilənib
Asim Muniri İrana səfər edib
Dünya 19:46
Asim Muniri İrana səfər edib
İslamabad görüşlərinin növbəti raundu bu tarixdə keçiriləcək
Dünya 18:45
İslamabad görüşlərinin növbəti raundu bu tarixdə keçiriləcək


Livanda İsrail ordusunun 600-ə yaxın hərbçisi yaralanıb
Dünya 17:48
Livanda İsrail ordusunun 600-ə yaxın hərbçisi yaralanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol