• $
  • £

Fransa dövlət məktəblərində niqab geyimini qadağan edib

Fransa dövlət məktəblərində niqab geyimini qadağan edib
28.08.2023 14:47
Fransanın dövlət məktəblərində şagirdlərə bəzi müsəlman qadınların geyindiyi boş paltarlar olan niqab geyinməyi qadağan edib. Bunun haqqında BBC Fransa təhsil nazirliyinə istinadan xəbər verib. 

Qayda sentyabrın 4-də yeni dərs ili başlayan kimi tətbiq olunacaq. 

Fransa dövlət məktəblərində və hökumət binalarında dini işarələrin dünyəvi qanunları pozduğunu əsas gətirərək onlara ciddi qadağa qoyub.

"Sinifə girəndə şagirdlərin dinini sadəcə onlara baxmaqla müəyyən etmək olmaz”, - Təhsil Naziri Qabriel Attal Fransanın TF1 kanalına açıqlamasında deyib.

Bu addım fransız məktəblərində niqab geyilməsi ilə bağlı aylarla davam edən mübahisələrdən sonra atılıb. 

Təhsil nazirinin açıqlamasına görə, niqab geyimi məktəblərdə getdikcə daha çox geyinilir və bu, onlar üzərində siyasi fikir ayrılığına səbəb olur. Sağçılar qadağanı tələb edir, solçular isə müsəlman qadın və qızların hüquqları ilə bağlı narahatlıqlarını bildirirlər. 

2010-cu ildə Fransa ictimai yerlərdə üz örtüyü taxmağı qadağan etdi və bu, Fransanın 5 milyonluq müsəlman icmasının qəzəbinə səbəb oldu. 

Fransa 2019-cu əsrdən bəri məktəblərdə dini işarələrə, o cümlədən böyük xaç kimi xristian simvollarına ciddi qadağan qoyub. 

İslam simvolları ilə bağlı müzakirələr 2020-ci ildə Paris ətrafı qəsəbələrdən birində məktəb yaxınlığında şagirdlərə Məhəmməd Pəyğəmbərin karikaturalarını göstərən müəllim Samuel Patinin başını kəsdikdən sonra şiddətlənib. 

Niqabların qadağan edilməsi ilə bağlı qərar bu yay Fransa prezidenti Emmanuel Makron tərəfindən Fransanın təhsil naziri təyin edilmiş Qabriel Attalın ilk böyük siyasi qərarı olub. 

Fransa dövlət məktəblərində hicab geyinmək 2004-cü ildən qadağan edilib. 

Rabia Hale Seferoğlu
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ İrandakı əməliyyatla bağlı brifinq keçirəcək
Dünya 18:36
ABŞ İrandakı əməliyyatla bağlı brifinq keçirəcək
Moldovanın xarici işlər naziri Azərbaycana gələcək
Dünya 18:06
Moldovanın xarici işlər naziri Azərbaycana gələcək
Иран: Ормузский пролив открыт
Dünya 16:00
Иран: Ормузский пролив открыт
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
Siyasət 15:09
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
İran Türkiyəyə raket atmadığını bəyan edib
Dünya 10:08
İran Türkiyəyə raket atmadığını bəyan edib
ABŞ vətəndaşlarına İraqı tərk etməyi tövsiyə edib
Dünya 00:05
ABŞ vətəndaşlarına İraqı tərk etməyi tövsiyə edib
Ərdoğan İrana xəbərdarlıq edib
Dünya 21:58
Ərdoğan İrana xəbərdarlıq edib
İraqda elektrik enerjisi kəsilib
Dünya 21:24
İraqda elektrik enerjisi kəsilib
Pezeşkian qonşu dövlətlərin liderlərinə müraciət edib
Dünya 21:00
Pezeşkian qonşu dövlətlərin liderlərinə müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol