• $
  • £

Hindistanda müəllim şagirdlərə müsəlman olan sinif yoldaşını sillələməyi deyib

Hindistanda müəllim şagirdlərə müsəlman olan sinif yoldaşını sillələməyi deyib
28.08.2023 15:15
Hindistanda polis, müəllimin şagirdlərini müsəlman olan 7 yaşlı sinif yoldaşını sillələməyə təşviq etdiyi videonun ölkədə geniş etirazlara səbəb olmasından sonra məsələni araşdırmağa başlayıb. Bunun barədə CNN xəbər verib. 

Uttar Pradeş ştatının şimalındakı Müzəffərnaqar rayonunda baş verən hadisənin videosunda oğlanın qorxu içində sinif yoldaşlarının qarşısında dayandığı, müəllimin şagirdləri vurmağa çağırdığı görünür. 

Sinif yoldaşları növbə ilə ona şillə vurduqca oğlan ağlayır, müəllimin isə şagirdlərə bunu "düzgün” etmələrini söyləməsi eşidilir. Şillə davam edərkən oğlanın ağlaması ilə bərabər bir kişidən gülmə səsi gəlir. 

Müzəffərnaqarın polis rəisi Prajapat müəllimin şagirdlərə "vurma cədvəlini xatırlamadığı üçün” uşağı vurmalarını söyləyib. 

Prajapata görə, müəllim oğlanın dininə də söz deyib.

Məsələ ilə bağlı rayon polis tərəfindən müəllimə qarşı cinayət işi açılıb, araşdırma aparılır. Rayon rəsmiləri də məktəbin bağlanmasını əmr ediblər. 

Hindistan qanunvericiliyində uşaqları hədəf alan cismanı cəzanın qanuni tərifi yoxdur, lakin ölkənin Uşaqların Pulsuz və İcbari Təhsil Qanununa əsasən fiziki cəza və psixi təzyiq qadağandır. 

Müəllim 7 yaşlı uşağın atasının ondan uşağı cəzalandırmasını xahiş etdiyini iddia edib və o əlil olduğuna görə bunu edə bilmədiyini və buna görə də digər şagirdlərə onu cəzalandırdığını söyləyib. 

"Atası uşağı gətirdi və dedi ki, onu düzəldin. İndi ayağa qalxa bilmədyimi üçün mən fikirləşdim ki, 1-2 uşağı ona vurmağa cəlb edə bilərəm”, - müəllimə açıqlayıb. 
 


Rabia Hale Seferoğlu
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Konqresində Pit Heqsetə qarşı impiçment təşəbbüsü irəli sürülür
Dünya 23:56
ABŞ Konqresində Pit Heqsetə qarşı impiçment təşəbbüsü irəli sürülür
Ağ Ev İrana atəşkəs təklif etdiyi barədə xəbərləri təkzib edir - Yenilənib
Dünya 23:17
Ağ Ev İrana atəşkəs təklif etdiyi barədə xəbərləri təkzib edir - Yenilənib
ABŞ vətəndaşları avtomatik olaraq hərbi xidmət üçün qeydiyyata alınacaqlar
Dünya 21:30
ABŞ vətəndaşları avtomatik olaraq hərbi xidmət üçün qeydiyyata alınacaqlar
Putin Çinə səfər edəcək
Dünya 21:10
Putin Çinə səfər edəcək
Əraqçi çinli həmkarı ilə telefon danışığı aparıb
Dünya 20:49
Əraqçi çinli həmkarı ilə telefon danışığı aparıb
Kahramanmaraşda məktəbə silahlı hücum olub - yaralılar var/Yenilənib
Dünya 20:00
Kahramanmaraşda məktəbə silahlı hücum olub - yaralılar var/Yenilənib
Asim Muniri İrana səfər edib
Dünya 19:46
Asim Muniri İrana səfər edib
İslamabad görüşlərinin növbəti raundu bu tarixdə keçiriləcək
Dünya 18:45
İslamabad görüşlərinin növbəti raundu bu tarixdə keçiriləcək


Livanda İsrail ordusunun 600-ə yaxın hərbçisi yaralanıb
Dünya 17:48
Livanda İsrail ordusunun 600-ə yaxın hərbçisi yaralanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol