Nigeriya aviasiyası qanunsuz neft emalı ilə məşğul olan zavodları məhv edib
Nigeriya Hərbi Hava Qüvvələri ölkənin cənubunda qanunsuz fəaliyyət göstərən bir neçə gizli neft emalı zavodunu dəqiq zərbələrlə məhv edib.
TASS xəbər verir ki, bu barədə Hərbi Hava Qüvvələrinin ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi Edvard Qabkvet məlumat verib.
Onun sözlərinə görə, əməliyyat avqustun 27-də Niger çayının deltasında keçirilib.
"Aviazərbə ilə, həmçinin, oğurlanmış nefti daşıyan gəmi məhv edilib”, - E.Qabkvet vurğulayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər