Bakıdan yola salınan humanitar yardım Ağdam-Xankəndi yoluna çatıb - Yenilənib
Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslər üçün aparılan humanitar yardım aparan karvan artıq Ağdam-Xankəndi yoluna çatıb. Hazırda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri yükün keçirilməsi ilə bağlı rus sülhməramlılarla danışıqlar aparır.
10:09
Bakıdan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün humanitar yardım yola salınıb. Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, deputat Novruz Aslan deyib.
Onun sözlərinə görə, ilkin mərhələ üçün 40 ton un məmulatları göndəriləcək.
"Ümid edirik ki, bu addım Xankəndidə yaşayan ermənilər və beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanacaq. Gələcəkdə qiymətləndirmə prosesini həyata keçirə bilsək, onların digər ehtiyacı olduğu ləvazimatları da çatdıra bilərik”,- Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti bildirib.
Humanitar yardım artıq yola salınıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox