• $
  • £

BMT Fransanı tənqid edib

BMT Fransanı tənqid edib
29.08.2023 20:12
BMT Fransanın məktəblərdə əbayə (müsəlman qadınların geyimi) geyinilməsinə qadağa qoymasını tənqid edərək beynəlxalq insan haqları hüququna əsasən, dini etiqadın məhdudlaşdırılmasına yalnız çox məhdud şəraitdə icazə verildiyini xatırladıb.

Xarici KİV xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının nümayəndəsi Marta Urtado Cenevrədə keçirdiyi brifinqdə bildirib.

"Beynəlxalq insan hüquqları standartlarına uyğun olaraq, dinin və ya inancın təzahürünə, o cümlədən geyim seçiminə məhdudiyyətlərə yalnız çox məhdud hallarda - ictimai təhlükəsizlik, ictimai asayiş, sağlamlıq və ya əhalinin mənəviyyatı ilə bağlı hallarda icazə verilir.
Bundan başqa, insan hüquqları sahəsində beynəlxalq hüquqa əsasən, ictimai asayiş naminə görülən tədbirlər uyğun, zəruri və mütənasib olmalıdır”, - o, jurnalistlərin suallarını cavablandırarkən deyib.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının nümayəndəsi vurğulayıb ki, digər məqam gender bərabərliyinə nail olmağın qadınların və qızların azad seçim etmələrinə mane olan maneələri başa düşməyi və geyim seçimləri də daxil olmaqla onların özlərinin qərar qəbul etmələrini dəstəkləyən mühitin yaradılmasını tələb etməsidir.

Daha əvvə iyul ayında Fransanın təhsil naziri təyin olunmuş Qabriel Attal məktəblərdə əbayə geyinməyi qadağan etmək qərarına gəldiyini bildirərək bu tədbiri təhsil müəssisələrinin rəhbərləri ilə müzakirə edəcəyini söyləmişdi.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Konqresində Pit Heqsetə qarşı impiçment təşəbbüsü irəli sürülür
Dünya 23:56
ABŞ Konqresində Pit Heqsetə qarşı impiçment təşəbbüsü irəli sürülür
Ağ Ev İrana atəşkəs təklif etdiyi barədə xəbərləri təkzib edir - Yenilənib
Dünya 23:17
Ağ Ev İrana atəşkəs təklif etdiyi barədə xəbərləri təkzib edir - Yenilənib
ABŞ vətəndaşları avtomatik olaraq hərbi xidmət üçün qeydiyyata alınacaqlar
Dünya 21:30
ABŞ vətəndaşları avtomatik olaraq hərbi xidmət üçün qeydiyyata alınacaqlar
Putin Çinə səfər edəcək
Dünya 21:10
Putin Çinə səfər edəcək
Əraqçi çinli həmkarı ilə telefon danışığı aparıb
Dünya 20:49
Əraqçi çinli həmkarı ilə telefon danışığı aparıb
Kahramanmaraşda məktəbə silahlı hücum olub - yaralılar var/Yenilənib
Dünya 20:00
Kahramanmaraşda məktəbə silahlı hücum olub - yaralılar var/Yenilənib
Asim Muniri İrana səfər edib
Dünya 19:46
Asim Muniri İrana səfər edib
İslamabad görüşlərinin növbəti raundu bu tarixdə keçiriləcək
Dünya 18:45
İslamabad görüşlərinin növbəti raundu bu tarixdə keçiriləcək


Livanda İsrail ordusunun 600-ə yaxın hərbçisi yaralanıb
Dünya 17:48
Livanda İsrail ordusunun 600-ə yaxın hərbçisi yaralanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol