Yunanıstanda baş verən meşə yanğınları Aİ tarixində ən böyük yanğına çevrilib
Yunanıstanda yanğınsöndürənlər ölkənin şimal-şərqində Aİ tarixində ən böyük meşə yanğınları ilə mübarizə aparır.
Bu barədə Avropa Komissiyasının nümayəndəsi Balaş Uivari məlumat verib.
"Bu, Aİ-də indiyə qədər qeydə alınan ən böyük yanğındır", - Aİ rəsmisi bildirib.
O qeyd edib ki, hələlik yanğının yayılmasına nəzarət etmək mümkün olmayıb. Onun sözlərinə görə, Aİ Yunanıstana kömək üçün 11 təyyarə və bir helikopter, həmçinin 400-dən çox yanğınsöndürən göndərib.
Daha əvvəl bildirilib ki, Yunanıstanın şimal-şərqindəki Evros bölgəsində güclü təbii yanğınların 11-ci günüdür yanğınsöndürənlər mübarizə aparır, yanğın tədricən Türkiyə ilə sərhədə yaxınlaşır.
www.anews.az

Yunanıstanda avqust ayında meşə yanğınları 20 nəfərin həyatına son qoyub.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər