• $
  • £

Ankara və Kiyev taxıl müqaviləsinin davam etdirilməsini müzakirə ediblər

Ankara və Kiyev taxıl müqaviləsinin davam etdirilməsini müzakirə ediblər
31.08.2023 22:55
 Ankara və Kiyev Qara dənizdə taxıl müqaviləsinin uzadılması və kommersiya daşınması məsələlərini müzakirə ediblər.  Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu X sosial şəbəkəsindəki (keçmiş Twitter) hesabında yazıb.

Uraloğlunun sözlərinə görə, Türkiyə tərəfinin nümayəndələri Ukraynanın baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Aleksandr Kubrakov ilə videokonfrans keçirib.

"Görüş zamanı biz bu yaxınlarda dayandırılmış Taxıl Dəhlizi təşəbbüsünü, Qara dənizdə kommersiya daşımalarının davam etdirilməsi və Ukraynanın infrastrukturuna mümkün investisiya əməkdaşlığını müzakirə etdik", - Uraloğlu bildirib.

Nazir əlavə edib ki, Türkiyə Ukraynanı dəstəkləyir və bundan sonra da dəstəkləyəcək.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin xarici işlər naziri Hakan Fidanla danışıqlardan sonra Rusiya tərəfinin bütün bəndləri yerinə yetirdikdən sonra taxıl sazişinə qayıtmağa hazır olacağı şərtlərini Türkiyənin diqqətinə çatdırdığını bildirib.
 
Gülnar

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Konqresində Pit Heqsetə qarşı impiçment təşəbbüsü irəli sürülür
Dünya 23:56
ABŞ Konqresində Pit Heqsetə qarşı impiçment təşəbbüsü irəli sürülür
Ağ Ev İrana atəşkəs təklif etdiyi barədə xəbərləri təkzib edir - Yenilənib
Dünya 23:17
Ağ Ev İrana atəşkəs təklif etdiyi barədə xəbərləri təkzib edir - Yenilənib
ABŞ vətəndaşları avtomatik olaraq hərbi xidmət üçün qeydiyyata alınacaqlar
Dünya 21:30
ABŞ vətəndaşları avtomatik olaraq hərbi xidmət üçün qeydiyyata alınacaqlar
Putin Çinə səfər edəcək
Dünya 21:10
Putin Çinə səfər edəcək
Əraqçi çinli həmkarı ilə telefon danışığı aparıb
Dünya 20:49
Əraqçi çinli həmkarı ilə telefon danışığı aparıb
Kahramanmaraşda məktəbə silahlı hücum olub - yaralılar var/Yenilənib
Dünya 20:00
Kahramanmaraşda məktəbə silahlı hücum olub - yaralılar var/Yenilənib
Asim Muniri İrana səfər edib
Dünya 19:46
Asim Muniri İrana səfər edib
İslamabad görüşlərinin növbəti raundu bu tarixdə keçiriləcək
Dünya 18:45
İslamabad görüşlərinin növbəti raundu bu tarixdə keçiriləcək


Livanda İsrail ordusunun 600-ə yaxın hərbçisi yaralanıb
Dünya 17:48
Livanda İsrail ordusunun 600-ə yaxın hərbçisi yaralanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol