• $
  • £

Obama Putinə çıxış yolunu göstərdi

Obama Putinə çıxış yolunu göstərdi
29.05.2020 05:14

ABŞ prezidenti Barak Obama ilə Rusiya prezidenti Vladimir Putin arasında Ukrayna mövzusunda növbəti telefon danışığı olub.

APA-nın xəbərinə görə, Ağ Evin açıqlamasında bildirilir ki, B.Obama 1 saat davam edən söhbətdə Ukrayna böhranında çıxış üçün Ukrayna xalqının, Rusiyanın və beynəlxalq ictimaiyyətin maraqlarını nəzərə alan ssenari təklif edib.

 ABŞ prezidentinin təklifləri aşağıdakılardır: - Ukrayna və Rusiya arasında beynəlxalq birliyin iştirakı ilə birbaşa danışıqlar aparılması; - Beynəlxalq müşahidəçilərin Ukraynada bütün vətəndaşların, o cümlədən etnik rusların bütün hüquqlarının qorunmasına təminat verməsi; - Ukraynaya yeridilmiş əlavə Rusiya qoşunlarının öz bazalarına qayıtması; - Ukraynanın may ayında keçiriləcək prezident seçkilərinə hazırlığının beynəlxalq birlik tərəfindən birgə dəstəklənməsi.   B.Obama bildirib ki, dövlət katibi Con Kerri problemin diplomatik həlli üçün Rusiya xarici işlər naziri Sergey Lavrov, Ukrayna hökuməti və digər tərəflərlə danışıqları davam etdirəcək.  Kremlin mətbuat xidmətinin məlumatında isə deyilir ki, V.Putin Rusiya-ABŞ münasibətlərinin dünyada sabitlik və təhlükəsizliyin təmin olunması baxımından çox vacib olduğunu söyləyib. Onun fikrincə, bu münasibətlər ayrı-ayrı beynəlxalq problemlərə (hətta bu problemlər çox önəmli olsa belə) qurban verilməməlidir. Ağ Evin təşəbbüsü ilə baş tutan telefon danışığında tərəflərin Ukraynada böhranın yaranması və cari vəziyyətlə bağlı yanaşmalarında və dəyərləndirmələrində fərqlilik olduğu ortaya çıxıb. V.Putin B.Obamanın nəzərinə çatdırıb ki, Rusiya Ukraynanın cənub-şərqindən gələn kömək barədə çağırışları diqqətə almaya bilməz və  beynəlxalq hüquq normalarına tam uyğun hərəkət edir. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Amsterdamda yəhudi məktəbində partlayış baş verib
Dünya 12:00
Amsterdamda yəhudi məktəbində partlayış baş verib
İrana qarşı əməliyyatda 13 amerikalı hərbçi ölüb
Dünya 09:55
İrana qarşı əməliyyatda 13 amerikalı hərbçi ölüb
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
Dünya 23:10
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
Dünya 21:56
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
Dünya 20:39
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
Dünya 19:35
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
«Нафтогаз Украины» отсудил у «Газпрома» 1,2 млрд
Dünya 18:40
«Нафтогаз Украины» отсудил у «Газпрома» 1,2 млрд
İlber Ortaylı vəfat edib
Dünya 17:00
İlber Ortaylı vəfat edib
KİV: Türkiyə ABŞ-İran-İsrail müharibəsində tərəf olmayacaq
Dünya 16:15
KİV: Türkiyə ABŞ-İran-İsrail müharibəsində tərəf olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol