• $
  • £

Polşa 1,7 min mini dron alacaq

Polşa 1,7 min mini dron alacaq
05.09.2023 23:11
Polşa ordusu 1700 mini dron alır.  Bu barədə Polşa Silahlı Qüvvələri məlumat yayıb.

"Bu il sentyabrın 5-də Kielcedə keçirilən XXXI Beynəlxalq Müdafiə Sənayesi Salonu zamanı milli müdafiə naziri Mariuş Blaşçak Polşa Prezidenti Anjey Dudanın iştirakı ilə "FlyEye” miniatür pilotsuz uçuş aparatlarının tədarükü üçün çərçivə sazişini təsdiqləyib",- məlumatda deyilir.

Hərbçilərin sözlərinə görə, saziş 2035-ci ilə qədər "sözügedən sistemin inkişafının son versiyalarında sonrakı icra müqavilələri çərçivəsində 1700-ə yaxın pilotsuz uçuş aparatının” çatdırılmasını nəzərdə tutur.

İzah edilir ki, "Mini FlyEye” sinifli pilotsuz təyyarələr "həm gün işığında, həm də termal kameralardan istifadə etməklə şəkilləri qeyd etməyə imkan verən kameralarla təchiz edilmiş optoelektron başlıqlardan istifadə etməklə havadan kəşfiyyat aparmaq” üçün nəzərdə tutulub.

Polşa hərbçiləri qeyd ediblər ki, bu sistem artıq Polşada, eləcə də Ukraynadakı döyüşlər zamanı sınaqdan keçirilib.
 
Aytac


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ İrandakı əməliyyatla bağlı brifinq keçirəcək
Dünya 18:36
ABŞ İrandakı əməliyyatla bağlı brifinq keçirəcək
Moldovanın xarici işlər naziri Azərbaycana gələcək
Dünya 18:06
Moldovanın xarici işlər naziri Azərbaycana gələcək
Иран: Ормузский пролив открыт
Dünya 16:00
Иран: Ормузский пролив открыт
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
Siyasət 15:09
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
İran Türkiyəyə raket atmadığını bəyan edib
Dünya 10:08
İran Türkiyəyə raket atmadığını bəyan edib
ABŞ vətəndaşlarına İraqı tərk etməyi tövsiyə edib
Dünya 00:05
ABŞ vətəndaşlarına İraqı tərk etməyi tövsiyə edib
Ərdoğan İrana xəbərdarlıq edib
Dünya 21:58
Ərdoğan İrana xəbərdarlıq edib
İraqda elektrik enerjisi kəsilib
Dünya 21:24
İraqda elektrik enerjisi kəsilib
Pezeşkian qonşu dövlətlərin liderlərinə müraciət edib
Dünya 21:00
Pezeşkian qonşu dövlətlərin liderlərinə müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol