• $
  • £

Xankəndində keçirilən "seçki" nəyi dəyişə bilər? - Şərh

Xankəndində keçirilən
08.09.2023 17:02
Xankəndində separtçı rejim sentyabrın 9-da "Artsaxda prezident seçilməsi üçün" iclas keçiriləcək. Bu barədə Ermənistan mətbuatı yazır.  
 
Bildirilib ki, Xankəndində olan bir neçə "partiyalar" hazırkı "dövlət naziri" Samvel Şahramanyanın namizədliyini irəli sürüb. 

Beynəlxalq məsələlər üzrə şərhçi Əziz Əlibəyli deyir ki, Xankəndində keçirilən seçkini heç kim tanıya bilməz. 
 
"İllegal seçkidir. Suverenlik haqlarımıza ziddir və BMT prinsipinə görə, dövlətin ərazi bütövlüyünün pozulması prinsipinə ziddir. Ona görə də, normal dünya dövlətinin bunu tanıması imkansızdır amma bəzən olur ki, dünya diasporunun güclü puluna, maliyəsinə, hansısa 3-cü dünya ölkələrindən birinin belə yanlış bir addım atmasını təəcüblə qarşılamamalıyıq. Seçki nəyi dəyişdirəcək? 2020 müharibəsindən sonra ilk dəfədir belə bir seçki şousuna cəhd edirlər. Birincisi, Azərbaycan belə bir seçki şousuna icazə verməz. İmkan verilərsə də, Azərbaycanın 2020 müharibəsindən sonra əldə etdiyi dividentləri sıfırlayır. Və de-fakto hansısa seperatçı rejimin varlığının davam etməsinin sübutu olur. Amma tam şəkildə Azərbaycanın haqqı var ki, suveren hüquqlarını müdafiə eləmək üçün qondarma rejimi ləğv etsin. Çünki Azərbaycanın haqlı tərəfi həm də bölgədə seperatçıların və hərbçilərin yeni terrorçuların olması faktorudur", - şərhçi bildirib. 
 
Əlibəyli hesab edir ki, Azərbaycan ərazisində Azərbaycan dövlətindən konstitusiyon qurum olan seçki orqanlarından başqa heç kim digər ikinci-üçüncü dərəcəli qurumlar və təşkilatlar buna cəhd edənlər seçki keçirə bilməz.
 
"Bu tamamən anti-kontitusiyondur və ölkənin birbaşa qanunvericiliyinə ziddir. Bu baxımdan, bölgə ermənilərinin seçki keçirib bir prosesi davam etdirməsi, de-fakto ərazidə terrorçu qurumun varlığını yaşatması anlamına gəlir. Buna görə, son zamanlar cənhə hətti üzərindən və bölgədəki ermənilər üzərindən artan istilik, təzyiq seçki şousunun qarşılığının anti-terror əməliyyatları ilə verilməsi kimi görünür", - ekspert vurğulayıb. 


Sentyabrın 1-də Qarabağda separtçı rejimin "prezidenti" Arayik Arutyunyan və "dövlət naziri" Qurgen Nersisyan istefa verib.  Artutyunyan istefa versə də ailəsi ilə Xankəndində yaşayacağını açıqlayıb. İstefa verən Araik Arutyanın yerinə Samvel Şahramanyan gələcəyi yazılmışdı.
 
Rabia Səfəroğlu 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu
Cəmiyyət 13:25
Sabahın hava proqnozu
Binəqədi rayonunda evlərdən 10 min manatlıq oğurluq edən şəxs saxlanılıb
Cəmiyyət 12:56
Binəqədi rayonunda evlərdən 10 min manatlıq oğurluq edən şəxs saxlanılıb
Masazırda iki qadın qətlə yetirilib
Cəmiyyət 12:31
Masazırda iki qadın qətlə yetirilib
Tərtərdə 7 yaşlı uşaq kanalda boğulub
Cəmiyyət 12:10
Tərtərdə 7 yaşlı uşaq kanalda boğulub
Paytaxtin qəsəbələrində iməcilik keçirilib
Cəmiyyət 11:40
Paytaxtin qəsəbələrində iməcilik keçirilib
Naxçıvan şəhərinin bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət 10:32
Naxçıvan şəhərinin bəzi ərazilərində işıq olmayacaq
Yanğın təhlükəli avtomobil təmiri sexinin fəaliyyəti dayandırılıb
Cəmiyyət 10:08
Yanğın təhlükəli avtomobil təmiri sexinin fəaliyyəti dayandırılıb
Saatlıda narkotik və spirtli içki təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıb
Cəmiyyət 09:45
Saatlıda narkotik və spirtli içki təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıb
Lənkəranda iki maşın toqquşub, yaralılar var
Cəmiyyət 09:05
Lənkəranda iki maşın toqquşub, yaralılar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol