• $ 1.7
  • € 1.9792
  • ₽ 0.021079
  • ₺ 0.0402
  • £ 2.2346

Ermənistanda əsir saxlanılan əsgərlərlə görüş keçirilib

Ermənistanda əsir saxlanılan əsgərlərlə görüş keçirilib
11.09.2023 22:01
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK)  nümayəndələri Ermənistanda saxlanılan iki Azərbaycan vətəndaşına yenidən baş çəkiblər. Bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

Onlarla təkbətək görüş keçirilib və ailələri ilə əlaqələri yaradılıb.
 
BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır", - İlahə Hüseynova vurğulayıb.

Bundan əvvəl- aprelin 17-də İrəvan məhkəməsi Azərbaycan əsgərləri Aqşin Bəbirov və Hüseyn Axundovun Ermənistanla sərhədi qanunsuz keçməsinə görə həbs edilməsinə qərar verib. Ermənistanda əsir düşən iki hərbçidən biri olan - Hüseyn Axundov 20 il müddətində həbs olunub.

Ermənistan Müdafiə Nazirliyi bir azərbaycanlı hərbçinin aprelin 10-da, ikincisinin isə aprelin 13-də saxlanıldığını bildirib. Daha sonra Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, iki hərbçi itkin düşüb, onlar əlverişsiz hava şəraiti səbəbindən yolu itiriblər.
 
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin düşən iki Azərbaycan hərbçiləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun Ermənistanda olmasını ehtimal edərək onların azad olunmaları ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara rəsmi müraciət edib.
 
Aytac Zeynalova 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyev Özbəkistanda səfərdədir
Siyasət 13:34
Prezident İlham Əliyev Özbəkistanda səfərdədir
Prezident Mahmud Abbası təbrik edib
Siyasət 11:23
Prezident Mahmud Abbası təbrik edib
Azərbaycan XİN Fələstini təbrik edib
Siyasət 11:14
Azərbaycan XİN Fələstini təbrik edib
BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
Siyasət 22:28
BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
Əli Əsədov AİB prezidenti ilə görüşüb
Siyasət 18:05
Əli Əsədov AİB prezidenti ilə görüşüb
Milli Məclis 3 gün büdcə layihəsini müzakirə edəcək
Siyasət 17:15
Milli Məclis 3 gün büdcə layihəsini müzakirə edəcək
Azərbaycan Rusiyaya nota verib
Siyasət 15:56
Azərbaycan Rusiyaya nota verib
Prezident fərman imzalayıb
Siyasət 15:37
Prezident fərman imzalayıb
“İskəndər” raketinin qəlpələri Azərbaycanın Kiyevdəki səfirliyinə düşüb
Siyasət 14:35
“İskəndər” raketinin qəlpələri Azərbaycanın Kiyevdəki səfirliyinə düşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol