• $
  • £

Liviyada fəlakətli daşqın 2000 ölü və 10.000 itkinə səbəb olub

Liviyada fəlakətli daşqın 2000 ölü və 10.000 itkinə səbəb olub
12.09.2023 16:13
"Daniel” qasırğasının Liviyanın şimal-şərqinə həddindən artıq yağış yağdırması nəticəsində iki bənd uçub, artıq su basmış ərazilərdə 2000-ə yaxın insan ölüb, minlərlə insan itkin düşüb. Bu barədə CNN xəbər verib. 

11 sentyabr 2023-cü ildə Liviyanın Misrata şəhərində güclü yağışların səbəb olduğu daşqınlardan sonra yaşayış məntəqələri, nəqliyyat vasitələri və iş yerləri zərər görüb.

Liviyanın Dernada şəhərində 10.000 nəfər itkin düşüb, lakin bu, sayı selin olduğu bölgələrdən sadəcə kiçik bir hissəsinə aiddir. 

"Vadilərdəki evləri, maşınları və dağıntıları daşıyan palçıqlı bərk axınlar aparıb. Şəhərdəki telefon xətləri də kəsilib, xilasətmə işləri getdikcə daha da çətinləşir. İşçilər ağır dağıntılar səbəbindən Dərnaya girə bilmir”, - Liviyanın Fövqəladə və Təcili Yardım İdarəsinin rəhbəri Usamə Əli bildirib. 

Əli deyib ki, səlahiyyətlilər fəlakətin miqyasını təxmin etməyiblər.

"Hava şəraiti yaxşı öyrənilməyib, dəniz suyunun səviyyəsi və yağıntılar, küləyin sürəti, fırtına yolunda və dərələrdə ola biləcək ailələrin təxliyyəsi mümkün olmayıb”, - Əli deyib.

Xilasetmə qrupları, dağıntılar və dağıntılar altında sağ qalanları tapmaq üçün mübarizə apararkən bir neçə ölkə başsağlığı verib və Liviyaya yardım təklif edib.

Türkiyənin Fövqəladə Hallar İdarəsi (AFAD) çərşənbə axşamı bildirib ki, humanitar yardım aparan türk təyyarələri Liviyaya çatıb.

Türkiyə prezidenti Ərdoğan ölkənin Liviyaya 168 axtarış-xilasetmə qrupu və humanitar yardım göndərəcəyini bildirib.

"Biz Birləşmiş Millətlər Təşkilatı və Liviyadakı səlahiyyətlilərlə Liviyaya yardımı nə qədər tez çatdıra biləcəyimiz haqqında sıx əlaqə saxlayırıq”, - ABŞ-ın Liviyadkı Səfirliyi əvvəllər Tvitter kimi tanınan rəsmi "X” səhifəsində paylaşıb. 

Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Zayed Al Nahyan, fəlakətdən zərər çəkənlərə başsağlığı verərkən, yardım və axtarış-xilasetmə qrupları göndərməyi əmr edib, bu barədə dövlətin xəbər agentliyi məlumat verib. 

Misir prezidenti Əbdülfəttah əs-Sisi də Liviyaya başsağlığı verib. Əl-Sisi sosial media hesabından verdiyi açıqlamada, "Yaralıların tezliklə sağalmasını arzulayıram və ümid edirəm ki, böhran Liviyalıların birlik içində olması ilə tezliklə keçəcək" söyləyib.

Hava sisteminin yavaş-yavaş şərqdən Misirin şimalına doğru hərəkət edəcəyi gözlənilir. Növbəti iki gündə yağıntı 50 mm-ə çata bilər.

Rabia Hale Seferoğlu
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ İrandakı əməliyyatla bağlı brifinq keçirəcək
Dünya 18:36
ABŞ İrandakı əməliyyatla bağlı brifinq keçirəcək
Moldovanın xarici işlər naziri Azərbaycana gələcək
Dünya 18:06
Moldovanın xarici işlər naziri Azərbaycana gələcək
Иран: Ормузский пролив открыт
Dünya 16:00
Иран: Ормузский пролив открыт
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
Siyasət 15:09
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
İran Türkiyəyə raket atmadığını bəyan edib
Dünya 10:08
İran Türkiyəyə raket atmadığını bəyan edib
ABŞ vətəndaşlarına İraqı tərk etməyi tövsiyə edib
Dünya 00:05
ABŞ vətəndaşlarına İraqı tərk etməyi tövsiyə edib
Ərdoğan İrana xəbərdarlıq edib
Dünya 21:58
Ərdoğan İrana xəbərdarlıq edib
İraqda elektrik enerjisi kəsilib
Dünya 21:24
İraqda elektrik enerjisi kəsilib
Pezeşkian qonşu dövlətlərin liderlərinə müraciət edib
Dünya 21:00
Pezeşkian qonşu dövlətlərin liderlərinə müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol