• $
  • £

Qeyri-OPEC ölkələrində neft hasilatı ilə bağlı proqnoz yüksəldilib

Qeyri-OPEC ölkələrində neft hasilatı ilə bağlı proqnoz yüksəldilib
12.09.2023 18:24
OPEC 2023-cü ildə təşkilata daxil olmayan ölkələrdə neft hasilatının artımı ilə bağlı proqnozunu gündəlik 1,6 milyon barelə qədər yüksəldib və bu ölkələrdə hasilatın gündəlik orta hesabla 67,4 milyon barel olacağını gözləyir.

Bu barədə OPEC-in aylıq hesabatında qeyd edilib.

Təşkilat proqnoza yenidən baxılmasını Kanada, Afrika və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələri üzrə göstəricinin azalması ilə əlaqələndirir. Bu isə Rusiya, ABŞ və Braziliyada hasilatla bağlı göstəricinin artması ilə kompensasiya olunur.

Ötən ay OPEC 2023-cü ildə təşkilata daxil olmayan ölkələrdə neft hasilatının 1,5 milyon barel artaraq sutkada 67,3 milyon barelə çatacağını proqnozlaşdırmışdı.

2023-cü ildə əsas artım amillərinin ABŞ, Braziliya, Norveç, Qazaxıstan, Qayana və Çin olacağı proqnozlaşdırılır. Amma OPEC ABŞ-ın şist neft hasilatı potensialı və ilin qalan hissəsi üçün planlaşdırılmamış texniki xidmətlə bağlı qeyri-müəyyənliyin davam etdiyini vurğulayıb.

"2024-cü ildə qeyri-OPEC ölkələrində maye karbohidrogenlərin hasilatının əvvəlki illə müqayisədə gündəlik 1,4 milyon barel artacağı və orta hesabla 68,8 milyon barel olacağı gözlənilir. Bu rəqəm ötən ayla müqayisədə demək olar ki, dəyişməyib”, - hesabatda qeyd edilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb

Nyu-York birjasında təbii qazın qiyməti artıb
İqtisadiyyat 11:19
Nyu-York birjasında təbii qazın qiyməti artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol