• $ 1.7
  • € 1.9561
  • ₽ 0.020897
  • ₺ 0.0404
  • £ 2.2206

Rusiyaya qarşı sanksiyalar 6 ay müddətinə uzadıldı

Rusiyaya qarşı sanksiyalar 6 ay müddətinə uzadıldı
13.09.2023 23:12
Avropa İttifaqı (Aİ) Rusiya fərd və təşkilatlarına qarşı tətbiq etdiyi sanksiyaların 6 ay müddətinə uzadılmasına qərar verib.

Bu haqda Aİ Şurası açıqlama yayıb.

Açıqlamada, Ukraynanın ərazi bütövlüyü və suverenliyini təhdid edənləri hədəf alan fərdi məhdudlaşdırıcı tədbirlərin daha 6 ay müddətinə uzadılmasına qərar verildiyi bildirilib.

Təxminən 1800 şəxs və quruma qarşı səyahət qadağaları, aktivlərin dondurulması, pul və ya iqtisadi resursların köçürülməsinə qadağaların daxil olduğu sanksiyaların 15 Mart 2024-cü ilə qədər uzadıldığı diqqətə çatdırılıb.

Qiymətləndirmə nəticəsində 4 nəfərin sanksiya siyahısından çıxarılmasına qərar verilib.

Aİ indiyədək müharibə səbəbindən Rusiyaya qarşı 11 sanksiya paketi tətbiq edib. Bu çərçivədə Rusiyaya ticarət, maliyyə, enerji, o cümlədən neft və kömür, sənaye, texnologiya, nəqliyyat, ikili və dəbdəbəli mallar və qızılla bağlı geniş məhdudiyyətlər tətbiq edilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxıstan “İbrahim Razılaşmalarına” qoşulub - Tramp
Dünya 18:09
Qazaxıstan “İbrahim Razılaşmalarına” qoşulub - Tramp
Macarıstan və ABŞ nüvə enerjisi sahəsində əməkdaşlıq sazişi imzalayacaq
Dünya 18:01
Macarıstan və ABŞ nüvə enerjisi sahəsində əməkdaşlıq sazişi imzalayacaq
Dağıstanda helikopter qəzaya uğrayıb- Ölənlər var
Dünya 17:20
Dağıstanda helikopter qəzaya uğrayıb- Ölənlər var
Rusiyalılar üçün Şengen çoxgirişli vizalarının verilməsi dayandırılıb
Dünya 16:07
Rusiyalılar üçün Şengen çoxgirişli vizalarının verilməsi dayandırılıb
Ermənistanın sabiq iqtisadiyyat naziri saxlanılıb
Dünya 13:41
Ermənistanın sabiq iqtisadiyyat naziri saxlanılıb
ABŞ-da hərbi bazaya kimyəvi hücum olub, zəhərlənənlər var
Dünya 11:30
ABŞ-da hərbi bazaya kimyəvi hücum olub, zəhərlənənlər var
Qəddafinin oğlu həbsdən azad edilib
Dünya 00:05
Qəddafinin oğlu həbsdən azad edilib
Qazaxıstan “İbrahim sazişləri”nə qoşulur
Dünya 23:55
Qazaxıstan “İbrahim sazişləri”nə qoşulur
Tramp İrana qarşı sanksiyaların müddətini bir il artırıb
Dünya 23:30
Tramp İrana qarşı sanksiyaların müddətini bir il artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol