• $
  • £

Peskov Azərbaycan və Ermənistanı təmkinli olmağa çağırıb

Peskov Azərbaycan və Ermənistanı təmkinli olmağa çağırıb
14.09.2023 17:02
Moskva Qarabağla bağlı davam edən gərginlikdən narahatdır və Rusiya İrəvan və Bakı ilə təmaslarını davam etdirir. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
 
Peskov hər iki ölkəni təmkinli olmağa çağırıb.

"Əlbəttə, biz bəzi sahələrdə gərginliyin səngiməməsindən və hətta artmağa meylli olmasından narahatıq. Hər şeyə baxmayaraq, Rusiya təhlükəsizliyin etibarlı təminatçısı olaraq qalır. Biz həm İrəvanla, həm də Bakı ilə əlaqələrimizi davam etdiririk. Və təbii ki, biz hər iki tərəfi təmkin göstərməyə və iki il əvvəl imzalanmış həmin üçtərəfli sənədlərin ruhunda hərəkət etməyə çağırırıq", - Peskov Tacc agentliyinə deyib.
 
Sentyabrın 13-də Rəsmi Bakı Ermənistana sülh sənədi ilə bağlı yeni şərhlərini göndərdiyini açıqlayıb. Ermənistanın baş naziri Nikol Paşinyan sənədi aldığını təsdiqləyib və sən üzərində işlədiklərini söyləyib. 
 
Bundan əvvəl Rəsmi Bakı və Ermənistan arasında sülh müqaviləsi sənədi üzərində bir necə təkliflər planı hazırlanıb. 
 
Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacıyev daha əvvəl açıqlamasında vurğulayıb ki, Azərbaycan Ermənistanla sülh sənədinin 70%-ni əldə etmişdi, lakin Ermənistan prosesə müdaxilə etdi və sülhdən yayındı. 
 
Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında üçtərəfli bəyanatın imzalanmasından sonra dayandırılıb. Bəyanatdan sonra Rusiya sülhməramlıları 5 il müddətində Qarabağa müvəqqəti sülhməramlı kimi yerləşdirilib. Bu dövrdən sonra Azərbaycan və Ermənistan dövlət başçıları, o cümlədən hər iki ölkənin xarici işlər nazirləri  bir çox rəsmi görüşlər keçirib. Hazırda sülh müqaviləsi üzərində danışıq prosesləri getsə də tərəflər bir birini təxribatlar törətməkdə günahlandırır və bu, ekspertlərin fikrincə,  sülh müqaviləsinin imzalanmasına əngəl yaradır. 
 
Gülnar 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ İrandakı əməliyyatla bağlı brifinq keçirəcək
Dünya 18:36
ABŞ İrandakı əməliyyatla bağlı brifinq keçirəcək
Moldovanın xarici işlər naziri Azərbaycana gələcək
Dünya 18:06
Moldovanın xarici işlər naziri Azərbaycana gələcək
Иран: Ормузский пролив открыт
Dünya 16:00
Иран: Ормузский пролив открыт
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
Siyasət 15:09
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
İran Türkiyəyə raket atmadığını bəyan edib
Dünya 10:08
İran Türkiyəyə raket atmadığını bəyan edib
ABŞ vətəndaşlarına İraqı tərk etməyi tövsiyə edib
Dünya 00:05
ABŞ vətəndaşlarına İraqı tərk etməyi tövsiyə edib
Ərdoğan İrana xəbərdarlıq edib
Dünya 21:58
Ərdoğan İrana xəbərdarlıq edib
İraqda elektrik enerjisi kəsilib
Dünya 21:24
İraqda elektrik enerjisi kəsilib
Pezeşkian qonşu dövlətlərin liderlərinə müraciət edib
Dünya 21:00
Pezeşkian qonşu dövlətlərin liderlərinə müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol