• $
  • £

İrlandiya “TikTok”u 345 milyon avro cərimələyib

İrlandiya “TikTok”u 345 milyon avro cərimələyib
15.09.2023 23:19
İrlandiyanın Məlumatların Mühafizəsi Komissiyası ("Data Protection Commission", DPC) Çinin "ByteDance” şirkətinə məxsus olan "TikTok” sosial şəbəkəsini uşaqların şəxsi məlumatlarının mühafizəsi sahəsində pozuntulara görə 345 milyon avro cərimələyib.

Bu barədə tənzimləyicinin press-relizində deyilir.

Pozuntular 2020-ci il iyulun 31-dən dekabrın 31-dək olan dövrə aiddir. Həmçinin komissiya müəyyən edib ki, uşaqların profilləri heç bir bildiriş göndərilmədən açıq olub, nəticədə onların yerləşdirdikləri paylaşımlar, "TikTok”da qeydiyyatdan keçməyənlər də daxil olmaqla, qeyri-məhdud sayda insan üçün əlçatan olub.

"Bundan əlavə, platformanın funksionallığı yetkin istifadəçilərə, o cümlədən valideyn və ya qəyyum olmayanlara öz hesablarını uşaqların hesabları ilə əlaqələndirməyə və ciddi risklərə səbəb olan şəxsi mesajların mübadiləsinə imkan yaradılmasını təmin edirdi.
Həmçinin, hesabları qeydiyyatdan keçirərkən və videoları paylaşarkən sosial şəbəkə istifadəçiləri məxfiliyə artan müdaxilə səviyyəsi ilə seçim etməyə məcbur edirdi”, - DPC-dən bildirilib.

Komissiya cərimədən əlavə, "TikTok”a pozuntuları üç ay ərzində aradan qaldırmağı tapşırıb.

"TikTok”dan isə İrlandiya tənzimləyicisinin qərarı ilə razı olmadıqlarını bildiriblər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail Fransa ilə hərbi ticarəti dayandırıb
Dünya 00:04
İsrail Fransa ilə hərbi ticarəti dayandırıb
Böyük Britaniya Səudiyyə Ərəbistanına HHM sistemləri göndərəcək
Dünya 23:58
Böyük Britaniya Səudiyyə Ərəbistanına HHM sistemləri göndərəcək
"Avroviziya" mahnı müsabiqəsi Asiyada da keçiriləcək
Dünya 22:50
"Avroviziya" mahnı müsabiqəsi Asiyada da keçiriləcək
Hakan Fidan Rustem Umerov ilə görüşüb
Dünya 22:00
Hakan Fidan Rustem Umerov ilə görüşüb
Hakan Fidan "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
Dünya 21:18
Hakan Fidan "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Dünya 20:22
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
Dünya 19:50
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Dünya 16:13
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Sabah Paşinyan Putinlə görüşəcək
Dünya 14:54
Sabah Paşinyan Putinlə görüşəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol