İrəvan Ağsaqqallar Şurasının seçkiləri şəffaflıqdan uzaq idi - Bəyanat

İrəvan Ağsaqqallar Şurasının seçkiləri azad, ədalətli, şəffaf və demokratik seçkilərdən uzaq idi. Bu barədə Ermənistan mətbuatı "HayaVote” müşahidə şurasının bəyanatına istinadan yazıb.
Bəyanatda xüsusi qeyd olunur ki, "HayaVote” müşahidə missiyası İrəvan Ağsaqqallar Şurasına seçkilər üzrə seçkiqabağı kampaniyanı, bütün İrəvan seçki dairələrində səsvermə prosesini və səslərin hesablanmasını izləyib.
"Biz bəyan edirik ki, seçkilər azad, ədalətli, şəffaf və demokratik olmaqdan uzaq idi. Hökumətyönlü təbliğat üçün rəsmi səlahiyyətlərdən, ictimai maddi, maliyyə və informasiya resurslarından istifadə etməklə inzibati resurslardan kütləvi şəkildə istifadə olunurdu. Səsvermə prosesi komissiya üzvlərinə təzyiqlər, müxtəlif rıçaqlardan istifadə etməklə çoxlu sayda vətəndaşın məntəqələrə gətirilməsi, vəkil edilmiş şəxslərin və müşahidəçilərin hüquqlarının pozulması, seçki məntəqələrində açıq təbliğatın təzahürləri və s. Nəticədə bu seçkilərdə də görünməmiş dərəcədə aşağı fəallıq qeydə alınıb", - bəyanatda deyilir.
www.anews.az

"HayaVote” müşahidə missiyası yaxın vaxtlarda seçkilər zamanı baş vermiş qanunsuzluqlar, qanun pozuntuları və müxtəlif problemli təzahürlərlə bağlı faktları və təhlilləri ictimaiyyətə təqdim edərək geniş hesabat verəcəyi gözlənilir.
Bazar günü Ermənistan paytaxtında İrəvan Ağsaqqallar Şurasına keçirilən seçkilərdə 475 seçki məntəqəsində səsvermə keçirilib.
İrəvan Ağsaqqallar Şurası 65 üzvdən ibarətdir və meri 5 il müddətinə seçir.
Paytaxt Ağsaqqallar Şurasının hazırkı tərkibi 2018-ci il sentyabrın 23-də keçirilən seçkilərin yekunlarına görə seçilib. Sonra "Mənim addımım” bloku (buraya Ermənistanın baş nazirinin rəhbərlik etdiyi "Mülki müqavilə” partiyası daxildir) İrəvan Ağsaqqallar Şurasında 65 yerdən 57-ni alaraq qalib gəlib. Şura 2018-ci il oktyabrın 10-da fəaliyyətə başlayıb, səlahiyyət müddəti 2023-cü il oktyabrın 10-da başa çatır.

Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər