• $
  • £

Avropa Şurası Türkiyəyə yardıma razılıq verib

Avropa Şurası Türkiyəyə yardıma razılıq verib
18.09.2023 14:09
Avropa İttifaqı (Aİ) Türkiyəyə 400 milyon avroluq yardıma razılıq verib.  Bu barədə xarici mediada məlumat verilib.
 
Bildirilir ki, maliyyə yardımı Aİ-nin 2023-cü il büdcəsindən ayrılacaq.
 
Məlumata görə, Rumıniya, İtaliyaya Türkiyəyədə baş verən zəlzələnin zərərinin aradan qaldırılması üçün ümumilikdə 454,8 milyon avro məbləğində yardım göstərilməs təstiqləyib.

2022-ci ilin martın sonu, aprelin ortaları və iyul-avqustda Rumıniyada güclü quraqlığın fəsadlarının aradan qaldırılmasına kömək etmək üçün bu ölkəyə 33,9 milyon avro, 2022-ci ilin sentyabrında mərkəzi İtaliya bölgələrinə təsir edən sel və daşqın hadisələri ilə bağlı İtaliyaya 20,9 milyon avro və 2023-cü ilin fevralında Türkiyənin Kahramanmaraş və Hatay bölgəsində baş verən güclü zəlzələlərlə bağlı bu ölkəyə 400 milyon avro maliyyə yardımı ayrılması nəzərdə tutulur.
 
Fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.
 
Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Fevralın 20-də isə Hatay vilayətində 6.4 ballıq növbəti zəlzələ qeydə alınıb. Malatyada da 5.6 ballıq daha bir zəlzələ baş verib.

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 50 500 nəfərə çatıb.

Zəlzələ nəticəsində 115 mindən çox insan yaralanıb. 

Dünyanın 100-ə yaxın ölkəsindən Türkiyəyə dəstək yardımı təklif olunub. Türkiyə prezidenti bildirib ki, bir il ərzində evləri dağılmış insanların evlərini tikib təhvil verəcək. 

Zəlzələdən sonra ölkədə 6 bala yaxına afterşoklar olub. 

BMT Türkiyədə baş verən zəlzələni "Əsrin fəlakəti" kimi qiymətləndirib.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İranda Ali rəhbər seçimində iştirak etmək istədiyini bildirib
Dünya 20:45
Tramp İranda Ali rəhbər seçimində iştirak etmək istədiyini bildirib
Paşinyan TŞ-nin iclasını keçirdi
Dünya 20:38
Paşinyan TŞ-nin iclasını keçirdi
ABŞ İrandakı əməliyyatla bağlı brifinq keçirəcək
Dünya 18:36
ABŞ İrandakı əməliyyatla bağlı brifinq keçirəcək
Moldovanın xarici işlər naziri Azərbaycana gələcək
Dünya 18:06
Moldovanın xarici işlər naziri Azərbaycana gələcək
Иран: Ормузский пролив открыт
Dünya 16:00
Иран: Ормузский пролив открыт
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
Siyasət 15:09
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
İran Türkiyəyə raket atmadığını bəyan edib
Dünya 10:08
İran Türkiyəyə raket atmadığını bəyan edib
ABŞ vətəndaşlarına İraqı tərk etməyi tövsiyə edib
Dünya 00:05
ABŞ vətəndaşlarına İraqı tərk etməyi tövsiyə edib
Ərdoğan İrana xəbərdarlıq edib
Dünya 21:58
Ərdoğan İrana xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol