• $
  • £

ABŞ Qarabağa humanitar yüklərin daşınmasını dəstəklədiyini açıqlayıb

ABŞ Qarabağa humanitar yüklərin daşınmasını dəstəklədiyini açıqlayıb
19.09.2023 10:34
Birləşmiş Ştatlar humanitar yüklərin Laçın dəhlizi və Ağdam yolu ilə Qarabağa eyni vaxtda keçməsini alqışlayır və bunu "irəliyə doğru mühüm addım” hesab edir. Bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin bəyanatında deyilir.

"Bu kritik tədarüklər irəliyə doğru atılmış mühüm addımdır və biz tərəfləri birbaşa danışıqlara və region xalqlarına humanitar yardım axınının necə artırılacağına diqqət yetirməyə çağırırıq”, - bəyanatda deyilir.

Amerika Xarici Siyasət Departamentinin rəhbəri qeyd edib ki, Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanın "ləyaqətli və davamlı sülhə” nail olmaq üçün səylərini dəstəkləyir.

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) sentyabrın 18-də Laçın dəhlizi və Ağdam yolu ilə ehtiyacı olan şəxslər üçün buğda unu və tibbi ləvazimatların çatdırılmasını həyata keçirdiyini açıqlayıb.
 
Sentyabrın 12-də Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə dolu yük maşını  Ağdam rayonundan keçərək  Ağdam-Əskəran yolu ilə Xankəndinə çatdırılıb. 
 
Separatçı erməni dəstələri humanitar yardımın Ağdam-Xankəndi yolu ilə Xankəndinə getməsinə maneə törədirdi.
 
Ağdam-Əsgəran yolu 1988-ci ildən bağlıdır. Bu son 30 ildə bu yolla göndərilən ilk humanitar yükdür. 
 
 
Gülnar Nazimqızı 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin Livana endirdiyi zərbədə "İslam cihadı"nın komandiri öldürülüb
Dünya 23:49
İsrailin Livana endirdiyi zərbədə "İslam cihadı"nın komandiri öldürülüb
İran səmasında ABŞ və İsrailə məxsus daha yeddi PUA vurulub
Dünya 23:05
İran səmasında ABŞ və İsrailə məxsus daha yeddi PUA vurulub
Ərdoğan NATO baş katibi ilə İran ətrafındakı vəziyyəti müzakirə edib
Dünya 22:30
Ərdoğan NATO baş katibi ilə İran ətrafındakı vəziyyəti müzakirə edib
İspaniya ABŞ-yə hərbi bazalarından istifadəni qadağan etdi
Dünya 21:24
İspaniya ABŞ-yə hərbi bazalarından istifadəni qadağan etdi
Türkiyədə zəlzələ olub
Dünya 20:53
Türkiyədə zəlzələ olub
Qətər İrandan uçan iki Su-24 təyyarəsini vurub
Dünya 20:47
Qətər İrandan uçan iki Su-24 təyyarəsini vurub
Dubay hava limanları uçuşları qismən bərpa edib
Dünya 19:27
Dubay hava limanları uçuşları qismən bərpa edib
Tramp İranla bağlı çıxış edəcək
Dünya 19:19
Tramp İranla bağlı çıxış edəcək
ABŞ bu ölkədəki səfirliyini bağladı
Dünya 18:33
ABŞ bu ölkədəki səfirliyini bağladı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol