• $
  • £

İlham Əliyev Toivo Klaarı qəbul edib – Yenilənib

İlham Əliyev Toivo Klaarı qəbul edib – Yenilənib
23.09.2023 18:50
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 23-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

Görüşdə regional məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Toivo Klaar dövlətimizin başçısının Azərbaycan xalqına 20 sentyabr tarixli müraciəti, həmin müraciətdə Qarabağın erməni əhalisinin reinteqrasiyası ilə əlaqədar səsləndirdiyi fikirləri və Yevlaxda Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə keçirilmiş görüşü müsbət qiymətləndirdiyini bildirib.

Dövlət başçısı öz növbəsində Azərbaycan xalqına 20 sentyabr tarixli müraciətində Qarabağın erməni əhalisinin reinteqrasiyası ilə bağlı söylədiyi fikirlərə toxunub, onların bütün hüquqlarının - təhsil, mədəniyyət, din, bələdiyyə, seçki və digər hüquqlarının təmin olunacağını bildirib.

Prezident İlham Əliyev Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə İşçi qrupun yaradıldığını, bu İşçi qrupun əsas funksiyalarının Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli olduğunu, Yevlaxda keçirilmiş görüşdə reinteqrasiya məsələləri üzrə Azərbaycanın planlarının təqdim edildiyini diqqətə çatdırıb.

Dövlət başçısı, həmçinin yerlərdə artıq silah və sursatın yığılması prosesinə başlanıldığını, orada çox böyük həcmdə silah-sursat anbarlarının müəyyən edildiyini bildirib.

Prezident İlham Əliyev hazırda Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üçün regionda daha yaxşı imkanların yarandığını qeyd edib.

Görüşdə, eyni zamanda, Azərbaycanın həyata keçirdiyi humanitar layihələr haqqında məlumat verilib, Beynəlxalq Qırmızı Xaç Komitəsinin təqdim etdiyi sorğulara Azərbaycan tərəfindən müsbət cavab verildiyi və dəstək göstərildiyi vurğulanıb.

17:55

Prezident İlham Əliyev sentyabrın 23-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Milanoviçi təbrik edib
Siyasət 11:13
İlham Əliyev Milanoviçi təbrik edib
Pezeşkian Azərbaycanla bağlı tapşırıq verdi
Siyasət 17:30
Pezeşkian Azərbaycanla bağlı tapşırıq verdi
Prezidenti onlar da təbrik etdilər
Siyasət 16:57
Prezidenti onlar da təbrik etdilər
Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Siyasət 22:02
Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Prezidentin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 20:26
Prezidentin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
Kobaxidze Azərbaycan Prezidentini təbrik edib
Siyasət 20:21
Kobaxidze Azərbaycan Prezidentini təbrik edib
Xocalıda "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib - Yenilənib
Siyasət 14:15
Xocalıda "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib - Yenilənib
Prezident Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışında iştirak edib - Yenilənib
Siyasət 13:27
Prezident Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışında iştirak edib - Yenilənib
Prezident Efiopiya Baş nazirinə təbrik ünvanlayıb
Siyasət 11:56
Prezident Efiopiya Baş nazirinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol