• $
  • £

Azərbaycana Rusiya valyuta bazarında ticarət etməyə icazə verilib

Azərbaycana Rusiya valyuta bazarında ticarət etməyə icazə verilib
24.09.2023 18:30

Xarici kredit təşkilatlarına, dost və neytral ölkələrin brokerlərinə Rusiya valyuta bazarında, eləcə də törəmə alətlər bazarında ticarət etməyə icazə veriləcək.

"Report” xəbər verir ki, belə dövlətlərin siyahısını təsdiq edən sərəncamı Rusiya hökumətinin sədri Mixail Mişustin imzalayıb.

Siyahıya 30-dan çox ölkə - Azərbaycan, Ermənistan, Belarus, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Əlcəzair, Banqladeş, Bəhreyn, Braziliya, Venesuela, Vyetnam, Misir, Hindistan, İndoneziya, İran, Qazaxıstan, Qətər, Çin, Kuba, Malayziya, Mərakeş, Monqolustan, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Pakistan, Səudiyyə Ərəbistanı, Serbiya, Tayland, Türkiyə, Cənubi Afrika daxildir.

Qərar 2023-cü ilin iyulunda qəbul edilmiş "Mütəşəkkil ticarət haqqında” Federal Qanunun yeni normalarını həyata keçirmək üçün hazırlanıb.

Bu normalar dost və neytral ölkələrin milli valyutalarının birbaşa konvertasiyası mexanizminin səmərəliliyinin artırılmasına və Rusiya iqtisadiyyatının milli valyutada hesablaşmalara olan tələbatının ödənilməsi üçün rubla birbaşa kotirovkaların formalaşdırılmasına yönəlib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran Netanyahunun ofisinə zərbə endirdiyini bildirib
Dünya 14:01
İran Netanyahunun ofisinə zərbə endirdiyini bildirib
Üç ölkə İrana xəbərdarlıq edib
Dünya 11:34
Üç ölkə İrana xəbərdarlıq edib
İran ABŞ-nin Küveytdəki səfirliyinə zərbə endirib
Dünya 11:31
İran ABŞ-nin Küveytdəki səfirliyinə zərbə endirib
İranda qızlar məktəbində ölənlərin sayı 165 nəfərə çatıb
Dünya 10:05
İranda qızlar məktəbində ölənlərin sayı 165 nəfərə çatıb
Hizbullah İsrail bazasına hücum edib – qisas Xamenei üzərinə sui-qəsdə cavabdır
Dünya 09:41
Hizbullah İsrail bazasına hücum edib – qisas Xamenei üzərinə sui-qəsdə cavabdır
İranda hərbi əməliyyatlar bütün məqsədlərə çatana qədər davam edəcək - Tramp
Dünya 08:33
İranda hərbi əməliyyatlar bütün məqsədlərə çatana qədər davam edəcək - Tramp
BƏƏ Tehrandakı səfirliyini bağladı
Dünya 23:37
BƏƏ Tehrandakı səfirliyini bağladı
İsrail İran Dövlət Televiziyasının binasına zərbələr endirib
Dünya 22:53
İsrail İran Dövlət Televiziyasının binasına zərbələr endirib
Ərdoğan İrana başsağlığı verdi
Dünya 22:45
Ərdoğan İrana başsağlığı verdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol