• $ 1.7
  • € 1.9607
  • ₽ 0.021452
  • ₺ 0.0385
  • £ 2.2718

İrəvanda etiraz edən deputat da saxlanılıb

İrəvanda etiraz edən deputat da saxlanılıb
25.09.2023 16:58
İrəvanda Ermənistan müxalifət fraksiyasının üzvü Tadevos Avetisyan saxlanılıb. Bu barədə Sputnik Ermənistan xəbər verir verib. 

Siyasətçi İrəvanda bir neçə gündür keçirilən hakimiyyətə itaətsizlik aksiyası zamanı saxlanılıb. Etirazçılar baş nazir Nikol Paşinin Qarabağı Azərbaycan ərazisi kimi tanıması ilə əlaqədar istefasını tələb edirlər.

Avetisyan 2006-cı ildən Erməni İnqilabi Federasiyası Daşnaksütyun (ARF) partiyasının üzvüdür. 20 iyun 2021-ci ildə Hayastan (Ermənistan) partiyalar blokunun ümumxalq seçki siyahısı üzrə Milli Məclisin deputatı seçilib.

Həmin gün respublikanın keçmiş prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryanın Ermənistanda bir ay müddətinə həbs edildiyi məlum olub .

Kiçik Köçəryan da hakimiyyətə itaətsizlik aksiyası zamanı saxlanılıb, lakin sentyabrın 23-də.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycanı Dağlıq Qarabağdakı vəziyyətlə bağlı diplomatik nizamlanmaya qayıtmağa çağırıb .
 
Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail Tehrana yeni hücum dalğasına başlayıb
Dünya 23:51
İsrail Tehrana yeni hücum dalğasına başlayıb
Ərdoğan Quterreşi “Atatürk Beynəlxalq Sülh Mükafatı” ilə təltif edib
Dünya 23:01
Ərdoğan Quterreşi “Atatürk Beynəlxalq Sülh Mükafatı” ilə təltif edib
KİV: Əli Xameneinin həyat yoldaşı sağdır
Dünya 20:45
KİV: Əli Xameneinin həyat yoldaşı sağdır
Antonio Quterreş Türkiyədə səfərdədir
Dünya 19:57
Antonio Quterreş Türkiyədə səfərdədir
Ankarada zəlzələ olub
Dünya 19:17
Ankarada zəlzələ olub
Rusiya vətəndaşlarını Almaniyaya səyahət etməkdən çəkinməyə çağırıb
Dünya 18:39
Rusiya vətəndaşlarını Almaniyaya səyahət etməkdən çəkinməyə çağırıb


Aİ: Azərbaycan vətəndaşlarımızın İrandan qayıtmasını asanlaşdırır
Dünya 17:04
Aİ: Azərbaycan vətəndaşlarımızın İrandan qayıtmasını asanlaşdırır

Yanacağın Hörmüz boğazı vasitəsilə ixrac axınları dayandırılıb
Dünya 15:20
Yanacağın Hörmüz boğazı vasitəsilə ixrac axınları dayandırılıb

BMT Baş katibi Türkiyədə səfərdədir
Dünya 15:11
BMT Baş katibi Türkiyədə səfərdədir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol