• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

77%-ə yaxın respondent sülh müqaviləsini dəstəkləyir - Sorğu

77%-ə yaxın respondent sülh müqaviləsini dəstəkləyir - Sorğu
25.09.2023 17:05
Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi rəy sorğusuna görə respondetlərin 76,4%-i Azərbaycanla Ermənistana rasında imzalanan sülh müqaviləsini dəstəkləyir. Bu barədə qurumun açıqladığı son sorğu nəticələrində qeyd olunub. 
 
Bildirilib ki, sorğuda iştirak edən 22,8% sülh müqaviləsini dəstəkləmir, 0,8% isə fikir bildirməkdən imtina edib. 
 
Sorğuda kişilərin 79,3%-i, qadınların 73,6%-i sülh müqaviləsinin imzalanmasına dəstəyini ifadə edib.

Orta təhsillilərin 77,4%-i, ali təhsillilərin 78,0%-i iki ölkə arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyib.  
 
Sorğu 12 iqtisadi rayonda keçirməklə ümumilikdə 390 nəfəri əhatə edib. 
 
Bundan əvvəl Sosial Tədqiqatlar Mərkəzi mayda eyni sualla sorğu keçirib. Həmin sorğuda da 77,3% insan sülh müqaviləsini dəstəklədiyini açıqlamışdı.
 
Sentyabrın 14-də Ermənistan hökuməti Azərbaycan tərəfdən sülh sazişi ilə bağlı təkliflər aldığını açıqlayıb.  Sentyabrın 13-də Rəsmi Bakı Ermənistan tərəfinə "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi ilə yeni şərhlər göndərdiyini açıqlayıb. 
 
Ermənistanın baş naziri Nikol Paşinyan sonuncu dəfə "France-Press"ə müsahibəsində vurğulayıb ki, sülh müqaviləsi imzalanmayana və bu müqavilə hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya olunmayana qədər müharibə ehtimalı çox yüksəkdir.

Azərbaycan prezidenti İlham Əliyev isə Şuşada keçirilən sonuncu Qlobal Media Forumda söyləyib ki, bu ilin sonuna kimi Ermənistanla sülh müqaviləsinin imzalanmasını real hesab edir.

Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında üçtərəfli bəyanat ilə dayandırılıb. Bəyanatdan sonra Rusiya sülhməramlıları 5 il müddətində Qarabağa müvəqqəti sülhməramlı kimi yerləşdirilib. Hazırda sülhməramlıların fəliyyətinin 2 il yarımı bitib. Bu dövrdən sonra Azərbaycan Ermənistanla  bir çox rəsmi görüşlər keçirib. Hazırda sülh müqaviləsi üzərində danışıq prosesləri gedir. 

 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 10:13
"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq -  nazir
Cəmiyyət 15:41
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq - nazir
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Cəmiyyət 15:17
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol