• $ 1.7
  • € 1.9949
  • ₽ 0.020391
  • ₺ 0.0411
  • £ 2.3065

Qazaxıstan nefti gələn il Rusiya ərazisindən nəql olunacaq

Qazaxıstan nefti gələn il Rusiya ərazisindən nəql olunacaq
27.09.2023 15:03
2024-cü ildə Qazaxıstan neftinin Rusiya ərazisi ilə nəql olunmasına dair müqavilə imzalanıb. Bu barədə Rusiyanın neft nəqledici şirkəti olan "Transneft” məlumat yayıb.
 
Məlumata görə, danışıqlar nəticəsində 2024-cü il üçün Qazaxıstan neftinin Rusiya ərazisindən tranzit daşınması üzrə xidmətlərin göstərilməsi haqqında saziş və "Transneft” ilə Qazaxıstanın neft kəmərlərinin operatoru "Kaztransoil" arasında yenilənmiş əməkdaşlıq memorandumu imzalanıb.

2024-cü ildə nəql üçün müraciətlərin həcmi hələ müəyyən edilməyib, lakin 2023-cü il üçün onlar təxminən 12 milyon ton təşkil edəcək.

Qazaxıstan neftinin bir hissəsi Azərbaycan ərazisi ilə də (Bakı-Tbilisi-Ceyhan kəməri ilə) dünya bazarlarına çatdırılır.
 
Qazaxıstan neftinin BTC boru kəməri ilə nəqli üçün Aktau limanından Bakıya gətirilməsi bu ilin fevralında nəzərdə tutulmuşdu.  Lakin Ceyhan terminalında yükləmə əməliyyatları müvəqqəti olaraq dayandırıldığı  daşınma ləngidimişdi.
 
"Tengizşevroil” (Tengiz yatağının işlənməsi üzrə operator) öz növbəsində Türkiyədə baş vermiş zəlzələnin nəticələrinə görə, ixracın dayandırıldığını bildirmişdi.
 
"Tengiz" yatağından başqa Qazaxıstan Bakıya martın 20-də "Kaşaqan" yatağından da 6,500 min ton neft göndərib ki , o da daha sonra BTC ilə nəql ediləcək. 
 
2023-cü ilin  ilk iki ayında  Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə vurulan neftin həcmi 4 milyon 628,7 min ton təşkil edib ki, bu da 2022-ci ilin yanvar-fevralı ilə müqayisədə 8,2% çoxdur. .


2023-cü ilin yanvar-fevralında Azərbaycanın magistral neft kəmərləri ilə nəql olunmuş neftin ümumi həcminin 76,5 faizi BTC-nin payına düşüb. 


2023-cü ilin yanvar-fevralında BTC ilə vurulan tranzit neft 626,7 min ton (azalma 21,8%) təşkil edib.


2022-ci ildə BTC boru kəməri ilə vurulan neftin həcmi 29 milyon 749,6 min ton (artım 12,6%), o cümlədən 5 milyon 103,9 min ton tranzit neft (artım 41,8%) təşkil edib.


Hazırda BTC neft kəməri ilə "Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən  neft və "Şahdəniz” yatağından çıxarılan qaz kondensatı, həmçinin SOCAR nefti nəql edilir. 

BTC neft kəmərinin uzunluğu 1768 min kilometrdir ki, bunun 443 kilometri Azərbaycan, 249 kilometri Gürcüstan, 1076 kilometri Türkiyədən keçir. Kəmərin ötürmə qabiliyyəti ildə 50 milyon tondan artıqdır.


BTC Co.-nun səhmdarları. bunlardır BP (30,1%); SOCAR (25%); MOL (8,9%); Equinor (8,71%); TPAO (6,53%); ENI (5%); Itochu (3,4%); ExxonMobil (2,5%); INPEX (2,5%), TotalEnergies (5%) və ONGCVidesh (2,36%) şirkətləridir.
 
Aytac



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AMB-nin "Nağd pul ofisi" fəaliyyətini müvəqqəti dayandıracaq
İqtisadiyyat 16:54
AMB-nin "Nağd pul ofisi" fəaliyyətini müvəqqəti dayandıracaq
ABB binasında Libraff!
İqtisadiyyat 16:31
ABB binasında Libraff!
Azərbaycanda günəş enerjisinin istehsalı 13 % artıb
İqtisadiyyat 14:21
Azərbaycanda günəş enerjisinin istehsalı 13 % artıb
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
İqtisadiyyat 11:20
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
SOCAR və MSC strateji əməkdaşlıq sazişi imzalayıb
İqtisadiyyat 10:34
SOCAR və MSC strateji əməkdaşlıq sazişi imzalayıb
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 10:15
Qızılın qiyməti bahalaşıb
Azərbaycan dövlət borcunun ÜDM-ə nisbətini 19,6% səviyyəsində saxlayıb – Maliyyə Nazirliyi
İqtisadiyyat 10:07
Azərbaycan dövlət borcunun ÜDM-ə nisbətini 19,6% səviyyəsində saxlayıb – Maliyyə Nazirliyi
MİQ imtahanında minimal bal toplamayan məzunlar üzrə universitetlər məsuliyyət daşımalıdır - Nazir
İqtisadiyyat 10:07
MİQ imtahanında minimal bal toplamayan məzunlar üzrə universitetlər məsuliyyət daşımalıdır - Nazir
Azərbaycan 2026-cı ildə 3,13 mlrd manat büdcə kəsiri proqnozlaşdırı
İqtisadiyyat 10:06
Azərbaycan 2026-cı ildə 3,13 mlrd manat büdcə kəsiri proqnozlaşdırı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol