• $ 1.7
  • € 1.771
  • ₽ 1.9004
  • ₺ 0.0465
  • £ 2.1424

ABŞ İsrail vətəndaşları üçün viza rejimini ləğv edib

ABŞ İsrail vətəndaşları üçün viza rejimini ləğv edib
27.09.2023 17:02
Amerika Birləşmiş Ştatları (ABŞ) İsrail vətəndaşları üçün viza rejimini ləğv edib. Bu barədə İsrailin "The Times of Israel” nəşri məlumat yayıb.
 
Bildirilir ki, İsrail bütün ilkin şərtləri yerinə yetirdiyi üçün vətəndaşlarının ABŞ-a daxil olmasına viza tələb edilməyən ölkələr siyahısına salınıb.

Eyni zamanda, mənbələr Vaşinqtonun İsrailin ABŞ vətəndaşlığı olan fələstinlilərə münasibətindən hələ də narahat olduğunu vurğulayır.

İsrailin vətəndaşlarının ABŞ-a üç ay müddətinə vizasız gedə biləcək ölkələr siyahısına daxil edilməsi məsələsi BMT Baş Assambleyasının sessiyası çərçivəsində prezident Co Bayden və Baş nazir Benyamin Netanyahu arasında müzakirə edilib.

Almaniya, Fransa, Böyük Britaniya, Sinqapur, Avstraliya, Avstriya, Danimarka, Finlandiya, Yunanıstan, İtaliya, Yaponiya, Niderland, Yeni Zelandiya, Polşa, Norveç, İsveçrə və digər dövlətlərin də daxil olduğu bu siyahıda İsrail 41-ci ölkə olaraq yer alır.
 
Daha əvvəl İsrail hakimiyyəti öz vətəndaşlarına Rusiyaya səfər etməmək barədə xəbərdarlıq etmişdi.

Nazirlik öz vətəndaşlarına KİV-lər, İsrailin Rusiyadakı nümayəndəliklərinin sosial şəbəkələrdəki səhifələri və İsrail Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsi vasitəsilə hadisələri yaxından izləməyi tövsiyə edib.

Vətəndaşların müraciətləri üçün İsrail Xarici İşlər Nazirliyinin situasiya mərkəzi həftənin yeddi günü fəaliyyət göstərir.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Çin mallarına rüsumları ikiqat artırıb
Dünya 13:05
ABŞ Çin mallarına rüsumları ikiqat artırıb
Bitcoinin qiyməti düşdü
Dünya 09:57
Bitcoinin qiyməti düşdü
Tramp Ukraynaya silah göndərilməsini dayandırıb
Dünya 09:50
Tramp Ukraynaya silah göndərilməsini dayandırıb
Çin təyyarələri və gəmiləri Tayvana yaxınlaşır
Dünya 08:45
Çin təyyarələri və gəmiləri Tayvana yaxınlaşır
ABŞ Ukrayna münaqişəsini əbədi olaraq maliyyələşdirməyəcək -Vens
Dünya 08:00
ABŞ Ukrayna münaqişəsini əbədi olaraq maliyyələşdirməyəcək -Vens
Pakistan-Əfqanıstan sərhədində silahlı toqquşma olub, ölən və yaralananlar var
Dünya 23:41
Pakistan-Əfqanıstan sərhədində silahlı toqquşma olub, ölən və yaralananlar var
Ərdoğan Avropaya xəbərdarlıq edib
Dünya 23:02
Ərdoğan Avropaya xəbərdarlıq edib
Tramp Ukraynaya yardımın dondurulması ilə bağlı görüş keçirəcək
Dünya 22:30
Tramp Ukraynaya yardımın dondurulması ilə bağlı görüş keçirəcək
Tramp müsəlmanları Ramazan ayının başlanması münasibətilə təbrik edib
Dünya 22:03
Tramp müsəlmanları Ramazan ayının başlanması münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol