• $
  • £

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilər? – ŞƏRH

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilər? – ŞƏRH
28.09.2023 23:06
Azərbaycanla Ermənistan arasında 2023-cü ilin oktyabrda Qranadada sülh müqaviləsinin bağlanması üzrə danışıqlar aparılacaq. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə deyib.

"Mən həmişə ilin sonuna kimi sülh sazişinin imzalanmasını mümkün hesab etmişəm, çünki belə bir sazişi imzalamaq üçün siyasi öhdəlik götürmüşəm.İki ölkə arasında sülh sazişinin oktyabrda Qranadada imzalanması planlaşdırılır”, - o bildirib.

Siyasi məsələlər üzrə ekspert Azər Qasımlı hesab edir ki, növbəti görüş zamanı Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilər. 

"Ermənistanla Azərbaycan arasında Qarabağ problem bariyeri qalmayıb. Artıq Ermənistan tərəfi də açıq şəkildə bəyan edir ki, bu mövzu onlar üçün artıq bitib. Qarabağda olan erməniləri qəbul etməyə hazırdılar. Bu baxımdan sülh müqaviləsi imzalana bilər və  imzalanmalıdır. Bu həm Azərbaycanın, həm də Ermənistanın  milli maraqlarına uyğundur” , - ekspert bildirib.

Qasımlı qeyd edib ki, sülh sazişindən sonra Ermənistanla həm Azərbaycan, həm də Türkiyə arasında olan problemlər öz həllini tapmalı, kommunikasiyalar açılmalı, iqtisadi əlaqələr bərpa olunmalı və yaranmalıdır. 

"Burada yalnız Azərbaycanı yox Türkiyəni də nəzərdə tuturam, çünki müqavilə imzalansa, bu o deməkdir ki, Türkiyə ilə Ermənistan arasında münasibətlər yenidən bərpa olunacaq. Təbii ki, aramızda sülh əmin-amanlıq başlamalıdır”, - o əlavə edib.

Ekspertin sözlərinə görə, Rusiya sülh müqaviləsinin imzalanmasını istəmir və sülh müqaviləsi imzalanmaması üçün hər şey edir və etməyə davam edəcək.

"Bu məsələdə ola bilsin ki, Zəngəzur yolu və dəhlizi məsələsi gündəmə gəlsin və bu da sülh sazişinin imzalanmasına maneə olsun. Sülh müqaviləsi  imzalanarsa, yerdə qalan digər məsələləri . həll etmək olar”, - Qasımlı qeyd edib.
 
Politoloq Tural İsmayılov bildirib ki, Azərbaycan Ermənistana daim sülh çağırışlarını yeniləyir. 

"Bununla bağlı ölkəmizin ortada mövqeyi var. Lakin əfsuslar olsun ki, Azərbaycanın sülhlə bağlı çağırışlarına baxmayaraq xüsusilə Xaricdəki havadarlarının və regionu qarışdırmaq istəyən qüvvələrin təziqləri ilə sülh prosesini sabotaj edən mövqe ortaya qoyur. Təbii ki, Ermənistanın bütün fəaliyyəti regionda yarana biləcək post sülh sonrası barış mühitini dağıtmaqdan ibarətdir, amma ölkəmiz hər zaman sülhü əsas qayə edib. Hətta 30 il torpaqlarımızın işğalı dövründə də biz Ermənistana sülhlə bağlı öz mövqeyimizi bildirmişik” , - politoloq əlavə edib. 

İsmayılov qeyd edir ki, Azərbaycan Ermənistanın sülhə gəlməsi üçün lazım olan bütün vasitələrdən istifadə edib, buna baxmayaraq Ermənistan Azərbaycanın sülhlə bağlı çağırışlarını bu günə qədər sabotaj etməklə məşğul olub.

Politoloq hesab edir ki, Qranada görüşündə yekun sülhlə bağlı vacib addımlar atıla bilər.

"Paşinyan ötən il Praqa görüşündə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını vurğulamışdı. Həmçinin Azərbaycanın Qarabağdakı antiterror əməliyyatı və süverenliyini tam bərpa etdikdən sonra artıq Azərbaycan və Ermənistan ərazisində reallaşa biləcək yeni imkanlar yaranıb. Bu baxımdan yeni imkanlar Qranada görüşündə ortaya qoyula bilər”, - o vurğulayıb.

2020-ci il Qarabağda hərbi əməliyyatlar başlayıb. Noyabrın 9-dan 10-na keçən gecə Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən münaqişə zonasında hərbi əməliyyatların tam dayandırılmasına nail olmağa imkan verən üçtərəfli bəyanat imzalanıb. 
 
Aygün Mirakif

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ramazanın 16-cı gününün duası - İftar və imsak vaxtları
Cəmiyyət 20:56
Ramazanın 16-cı gününün duası - İftar və imsak vaxtları
Mənzillərə oğurluq məqsədilə daxil olmağa cəhd edən şəxs saxlanılıb - Video
Cəmiyyət 20:53
Mənzillərə oğurluq məqsədilə daxil olmağa cəhd edən şəxs saxlanılıb - Video
Şahin Şıxlinski və Səfərov qardaşlarına hökm oxunub
Cəmiyyət 19:57
Şahin Şıxlinski və Səfərov qardaşlarına hökm oxunub
Azərbaycan İranla sərhəddə yük avtomobillərinin hərəkətini dayandırıb
Cəmiyyət 19:10
Azərbaycan İranla sərhəddə yük avtomobillərinin hərəkətini dayandırıb
İtaliya diplomatları İrandan təxliyə olunub
Cəmiyyət 18:56
İtaliya diplomatları İrandan təxliyə olunub
Masallı və Ağsuda heyvan bazarları açılıb
Cəmiyyət 18:54
Masallı və Ağsuda heyvan bazarları açılıb
Abşeron rayonunun bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 17:54
Abşeron rayonunun bəzi ərazilərində qaz olmayacaq
AQTA: Gürcüstan və Türkiyədən gətirilən 73 tondan çox toxumluq kartof məhv edilib
Cəmiyyət 17:10
AQTA: Gürcüstan və Türkiyədən gətirilən 73 tondan çox toxumluq kartof məhv edilib
GUAM İran dronlarının Naxçıvana hücumlarını pislədi
Cəmiyyət 17:03
GUAM İran dronlarının Naxçıvana hücumlarını pislədi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol