• $ 1.7
  • € 1.9791
  • ₽ 0.021951
  • ₺ 0.04
  • £ 2.2495

Əhalinin banklara borclarının artma səbəbi nədir?

Əhalinin banklara borclarının artma səbəbi nədir?
05.10.2023 23:33
2023-cü ilin avqustunda bankların kredit portfeli 2.1% və ya 442.2 milyon manat artaraq 21 milyard 814.2 milyon manata yüksəlib. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Bankçılıq üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bildirib ki, bankların əsas gəlir mənbəyi verdiyi kreditlərdən qazanılan faizlərdir, buna görə onlar kredit vermək istəyir. 

"İnsanlara gəldikdə isə təssüf ki, insanların əksəriyyəti yalnız Azərbaycanda yox, bütün dünyada yorğanına görə ayağını uzatmaq istəmir. Bu insanın təbiətində var. 5 günlük dünyadır, eybi yoxdur. Bu gün götürərəm, istədiyimi alaram, xərcləyərəm, sabaha da Allah kərimdir. Buna görə də insanların çoxu kredit götürməyə meyillidir”, - ekspert əlavə edib.

Həsənov qeyd edir ki, yaşadığımız dövr özü istehlak dövrüdür, hər gün reklamlar gedir, yeni telefon çıxan kimi onun reklamı yayımlanır, bundan sonra insanlar bir-biriləri ilə bəhsə girirlər, onların qarşısın almaq olmur. Odur ki,  bununla əlaqədar olaraq dövlət məhdudiyyətlər yaratmalı, qanunvericilikdə müəyyən sərtləşdirmələr aparılmalıdır.


"Bir evdə 4 ailə fərdləri varsa, yalnız işləyən kişidirsə və o, 1000 manat maaş alırsa, ona kredit vermək olmaz.  Onların hər birinə ayrılıqda gəlir 250 manatdır. Bu dövlətin müəyyən etdiyi 1 nəfərin yaşayış minimumdan azdır. Qanunla müəyyən olunmalıdır ki, həmin şəxsələrə banklar kredit verə bilməsin. Bunun qarşısın almaq üçün də müəyyən hədd qoyulmalıdır”, - Həsənov vurğulayıb.
 
İqtisadçı-ekspert Elşən Bağırzadə qeyd edib ki, əhalinin banklardan götürdüyü kreditlərin həcmi 2,5 milyard manata qədər artıb.

"Azərbaycandakı bankların iqtisadiyyata ayırdığı kreditin həcmi ümumidaxil məhsulun payı nöqteyi nəzərindən baxanda təxminən 14-15%-dir.  Bu təhlükəli rəqəm deyil. Ayrılan kreditlərin strukturuna baxsaq, şirkətlərin aldığı kreditlərin -kommersiya kreditlərinin həcmində payı daha çoxdur.  İstehlak kreditləri, yəni əhalinin aldığı kreditlərin həcmindəki artım isə çox böyük deyil", - ekspert əlavə edib.

Bağırzadə vurğulayıb ki, bunların hər birini ölkənin iqtisadi artım göstəriciləri, eyni zamanda genişlənən pul bazasında, son bir il ərzində qiymətlərin artımı ilə müqayisə etsək mövcud artımın təhlükəli həddə olmadığını görə bilərik. 

"Nəzərə almaq lazımdır ki, Azərbaycan Qarabağda çox böyük quruculuq işlərinə başlayıb, bu prosesdə iqtisadiyyata ayrılan kreditlərin həcminin artmasına müəyyən təsir göstərir", - iqtisadçı söyləyib. 

O hesab edir ki, bu barədə hər hansıasa bir önləyici tədbirlərin görülməsinə hazırda ehtiyac yoxdur. 

"Əgər önləyici tədbirlərin görülməsinə ehtiyac olarsa, ayırılan kreditlərin istehlakdan daha çox kommersiya kreditlərinə yönəlməli, bunlar daha çox iqtisadiyyatın genişləməsinə xidmət eləməli, yeni istehsal və xidmət sahələrinin inkişafına xidmət göstərməlidir", - Bağırzadə qeyd edib.

Mərkəzi Bankın "Bankların kredit portfelinin strukturu barədə məlumat"ına görə, 30 Noyabr 2022-ci il tarixində bankların cəmi kredit portfeli 19 milyard 674,2 milyon manat təşkil edib.
 
Aygün Mirakif

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Horovluya daha 18 ailə yola salınıb
Cəmiyyət 13:15
Horovluya daha 18 ailə yola salınıb
Sabah da yağış yağacaq
Cəmiyyət 13:01
Sabah da yağış yağacaq
Xəstəxanın ərazisində ağacın altında 34-36 həftəlik ölü döl tapılıb
Cəmiyyət 12:37
Xəstəxanın ərazisində ağacın altında 34-36 həftəlik ölü döl tapılıb
Azərbaycan əmək, məşğulluq sahəsində rəqəmsallaşma və bacarıqların artırılmasına fokuslanır - Anar Əliyev
Cəmiyyət 12:24
Azərbaycan əmək, məşğulluq sahəsində rəqəmsallaşma və bacarıqların artırılmasına fokuslanır - Anar Əliyev
Əsədov Türk Dövlətləri Təşkilatı nazirləri ilə əmək və sosial müdafiə əməkdaşlığını müzakirə edib
Cəmiyyət 12:07
Əsədov Türk Dövlətləri Təşkilatı nazirləri ilə əmək və sosial müdafiə əməkdaşlığını müzakirə edib
Lökbatandakı yanğınla bağlı cinayət işi açılıb
Cəmiyyət 11:53
Lökbatandakı yanğınla bağlı cinayət işi açılıb
Yevlaxda yanğın: 1 ölü, 2 nəfər ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib
Cəmiyyət 11:31
Yevlaxda yanğın: 1 ölü, 2 nəfər ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib
Bəzi yerlərə leysan yağır - Faktiki hava
Cəmiyyət 10:54
Bəzi yerlərə leysan yağır - Faktiki hava
FHN əhaliyə xəbərdarlıq edib
Cəmiyyət 10:35
FHN əhaliyə xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox