• $
  • £

İrandan Azərbaycana 60 kiloqram narkotik vasitə gətirən narkobaronlar tutulub

İrandan Azərbaycana 60 kiloqram narkotik vasitə gətirən narkobaronlar tutulub
30.09.2023 14:48
Azərbaycana 60 kiloqram narkotik vasitə gətirən 3 nəfər tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Tədbirlər zamanı İrandan ölkəyə narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirən 3 nəfər - əvvəllər məhkum olunmuşlar 1987-ci il təvəllüdlü Tural Həsənov tanışı 1993-cü il təvəllüdlü Pünhan Mehdizadə və 1995-cı il təvəllüdlü Mahir Aslanlı DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar. Həmin şəxslərdən, idarə etdikləri avtomobil və yaşayış ünvanlarından 60 kiloqram, o cümlədən güclü təsirə malik 41 kiloqram heroin, 19 kiloqram "patı”, "şüşə” kimi adlandırılan metamfetamin, 2000 ədəd "metadon" həbi, elektron tərəzilər və narkotiklərin qanusuz dövriyyəsi zamanı əldə edilən pul vəsaitlərinin nağdlaşdırılmasında bilavasitə istifadə olunan bank kartları aşkar edilib.

Araşdırmlarla Tural Həsənov, Pünhan Mehdizadə və Mahir Aslanlının şəxsiyyətləri istintaqla araşdırılan "Münəccim" və "Səxavət” adlı İran vətəndaşları ilə qabaqcadan əlbir olaraq narkotikləri Biləsuvar və Qaradağ rayonları ərazisində yol kənarında gizlədilən yerdən satmaq məqsədilə əldə etdikləri müəyyən edilib. Saxlanılan şəxslər ölkəyə narkotik vasitə və psixotrop maddələr gətirən əsas fiqurlardan olublar.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, dəstə üzvləri barəsində həbs qətimkan tədbiri seçilib. Mütəşəkkil dəstəyə daxil olan digər şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış və əməliyyat-istintaq tədbirləri davam etdirilir.

"Sonda vətəndaşları diqqətli və məsuliyyətli olmağa, o cümlədən sosial şəbəkələrdə narkotik maddələr təklif edən əsasən xaricdən idarə olunan səhifələrin yalan, həmçinin şirnikləndirici vədlərinə inanmamağa çağırırıq", - DİN-dən qeyd olunub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünən axtarışda olan 30 nəfər saxlanılıb
Cəmiyyət 10:55
Dünən axtarışda olan 30 nəfər saxlanılıb

Goranboyda döyülən şəxs xəstəxanada ölüb
Cəmiyyət 10:40
Goranboyda döyülən şəxs xəstəxanada ölüb

Dünya bazarlarında neft bahalaşır
Cəmiyyət 10:20
Dünya bazarlarında neft bahalaşır

Sumqayıtda 40 min abonentin qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Sumqayıtda 40 min abonentin qaz təchizatında fasilə yaranacaq

İrandan Azərbaycana indiyədək 2 949 vətəndaşı təxliyə olunub
Cəmiyyət 20:40
İrandan Azərbaycana indiyədək 2 949 vətəndaşı təxliyə olunub

Ağcabədidə ölümlə nəticələnən avtoqəza olub
Cəmiyyət 20:22
Ağcabədidə ölümlə nəticələnən avtoqəza olub

İtkin düşən 5 nəfər ötən gün tapılıb
Cəmiyyət 19:57
İtkin düşən 5 nəfər ötən gün tapılıb
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
Cəmiyyət 17:50
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək


Putin azərbaycanlı alimi təltif edib
Cəmiyyət 17:16
Putin azərbaycanlı alimi təltif edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol