• $ 1.7
  • € 1.9874
  • ₽ 0.021662
  • ₺ 0.0399
  • £ 2.2728

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı sakinləri qəbul edib

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı sakinləri qəbul edib
03.10.2023 23:24
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlər üçün oktyabr ayı üzrə növbəti qəbul keçirilib.
 
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinləri qurumun inzibati binasında qəbul edib.Tədbirdə habelə Yasamal RİH-in vəzifəli şəxsləri, həmçinin rayon bələdiyyəsinin və MKTB rəhbərliyi də iştirak edib. Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan təklif və müraciətləri bərədə ətraflı danışmağı xahiş etdi. İlk öncə söz alan Yasamal rayon sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmadi qəbuluna dair tapşırığına görə dərin minnətdarlığını ifadə etdilər. Daha sonra növbə ilə söz alan Yasamal rayonunun sakinləri müxtəlif məsələləri əhatə edən mövzular qaldırdılar. 

İcra başçısı Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına bir sıra konkret göstərişlər verdi. İcra başçısı sakinləri maraqlandıran suallara ətraflı cavablar və izahatlar verdi. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xırdalanda yaşayış binası yanır
Cəmiyyət 00:19
Xırdalanda yaşayış binası yanır
Daha 606 hərbi qulluqçu mənzillə təmin olunacaq
Cəmiyyət 21:40
Daha 606 hərbi qulluqçu mənzillə təmin olunacaq
Ruben Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib
Cəmiyyət 21:01
Ruben Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib
Hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ
Cəmiyyət 20:55
Hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ
Kamran Əsədova cinayət işi açılıb
Cəmiyyət 19:24
Kamran Əsədova cinayət işi açılıb
Naxçıvanda 20-dən çox şəxs dəm qazından zəhərlənib - Yenilənib
Cəmiyyət 19:21
Naxçıvanda 20-dən çox şəxs dəm qazından zəhərlənib - Yenilənib
Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:39
Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib
MEDİA Heydər Əliyevin məzarını ziyarət edib
Cəmiyyət 17:21
MEDİA Heydər Əliyevin məzarını ziyarət edib
Havanın temperaturu enəcək - Xəbərdarlıq
Cəmiyyət 16:50
Havanın temperaturu enəcək - Xəbərdarlıq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol