• $
  • £

Avropa Parlamenti zəlzələ ilə əlaqədər Türkiyəyə yardımı təsdiqləyib

Avropa Parlamenti zəlzələ ilə əlaqədər Türkiyəyə  yardımı təsdiqləyib
04.10.2023 16:41
Kahramanmaraşda baş vermiş zəlzələ ilə əlaqədər  Avropa Parlamenti Türkiyəyə göndərəcəyi 400 milyon avroluq yardımı təsdiqləyib. Bu barədə Avropa Parlamentindən bildirilib.

Bildirilirki, parlamentarilərin 593-ü təklifin lehinə səs verib. 11 nəfər isə layihəyə qarşı çıxıb.

Avropa Parlamentinin müvafiq komitəsi layihəni sentyabrın 20-də təsdiqləmişdi.
 
Fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.
 
Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Fevralın 20-də isə Hatay vilayətində 6.4 ballıq növbəti zəlzələ qeydə alınıb. Malatyada da 5.6 ballıq daha bir zəlzələ baş verib.

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 50 500 nəfərə çatıb.

Zəlzələ nəticəsində 115 mindən çox insan yaralanıb. 

Dünyanın 100-ə yaxın ölkəsindən Türkiyəyə dəstək yardımı təklif olunub. Türkiyə prezidenti bildirib ki, bir il ərzində evləri dağılmış insanların evlərini tikib təhvil verəcək. 

Zəlzələdən sonra ölkədə 6 bala yaxına fterşoklar olub. 

BMT Türkiyədə baş verən zəlzələni "Əsrin fəlakəti" kimi qiymətləndirib.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail Tehranda hökumət obyektlərinə zərbələr endirir
Dünya 21:04
İsrail Tehranda hökumət obyektlərinə zərbələr endirir
Tramp İranda Ali rəhbər seçimində iştirak etmək istədiyini bildirib
Dünya 20:45
Tramp İranda Ali rəhbər seçimində iştirak etmək istədiyini bildirib
Paşinyan TŞ-nin iclasını keçirdi
Dünya 20:38
Paşinyan TŞ-nin iclasını keçirdi
ABŞ İrandakı əməliyyatla bağlı brifinq keçirəcək
Dünya 18:36
ABŞ İrandakı əməliyyatla bağlı brifinq keçirəcək
Moldovanın xarici işlər naziri Azərbaycana gələcək
Dünya 18:06
Moldovanın xarici işlər naziri Azərbaycana gələcək
Иран: Ормузский пролив открыт
Dünya 16:00
Иран: Ормузский пролив открыт
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
Siyasət 15:09
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
İran Türkiyəyə raket atmadığını bəyan edib
Dünya 10:08
İran Türkiyəyə raket atmadığını bəyan edib
ABŞ vətəndaşlarına İraqı tərk etməyi tövsiyə edib
Dünya 00:05
ABŞ vətəndaşlarına İraqı tərk etməyi tövsiyə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol