• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

ABB-nin dəstəyi ilə Bakı Caz Festivalı başlanır

ABB-nin dəstəyi ilə Bakı Caz Festivalı başlanır
06.10.2023 10:49
Oktyabrın 6-da ABB-nin tərəfdaşlıq dəstəyi ilə Bakı Caz Festivalına start verilir. Festival Almaniya, Türkiyə, Norveç, Avstriya musiqiçilərinin canlı caz ifaları ilə başlanacaq. Məşhur fank qrupu "Jazzanova” da amerikalı DJ Amir ilə birlikdə oktyabrın 7-də festivalda çıxış edəcək. 

Oktyabrın 9-dan 15-dək 15 ölkədən gəlmiş musiqiçilər, o cümlədən "Gremmi” mükafatı laureatları və bu mükafata namizədlər, ABŞ-ın caz və rep ifaçısı Theo Crocker, arfa caz ifaçısı Edmar Castaneda və Gregoire Maret xüsusi proqramlarla çıxış edəcəklər. Oktyabrın 14-də Heydər Əliyev Mərkəzində braziliyalı vokalçı Mario Bakunanın konserti olacaq. 

Bakı Caz Festivalı çərçivəsində gənc caz ifaçıları arasında ənənəvi "I AM JAZZMAN!” beynəlxalq müsabiqəsi keçiriləcək. Ayrı-ayrı sənət adamları ilə görüşlər, sərgilər, şərab dequstasiyası kimi tədbirlər də festivalın proqramına daxildir. 

Bakı Caz Festivalı bu il on səkkizinci dəfə keçirilir. Ənənənin təməlini 2005-ci ildə görkəmli caz musiqiçisi, Azərbaycanın əməkdar artisti Rain Sultanov qoyub. ABB ilə yanaşı, bir sıra dövlət təşkilatları, biznes qurumları da Bakı Caz Festivalına tərəfdaşlıq dəstəyi göstərir. Festival haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz. 

Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook” səhifəsindən əldə etmək olar.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Ermənistana 900 tona yaxın dizel göndərir
İqtisadiyyat 11:11
Azərbaycan Ermənistana 900 tona yaxın dizel göndərir
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:52
Azərbaycan nefti ucuzlaşıb
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol