• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

Aİ ölkələrinə qaz tədarükünün həcmi artıb

Aİ ölkələrinə qaz tədarükünün həcmi artıb
09.10.2023 13:40
2023-cü ilin birinci rübündə Azərbaycan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropa İttifaqı (Aİ) ölkələrinə qaz tədarükünü ötən ilin müvafiq dövrü ilə müqayisədə 13% artıraraq 2,8 milyard kubmetrə çatdırıb. Bu barədə İnternfaks yazıb. 
 
2023-cü ilin birinci yarısında Azərbaycandan Avropaya qaz ixracı 8,9% artıb. 2022-ci ildə Azərbaycan qaz ixracını 18%, yəni  22,3 milyard kubmetrədək artırıb, Avropaya tədarük 11,4 milyard kubmetr (+39%) təşkil edib.
 
Oktyabrın 5-də Qrandada keçirilən görüşdən sonra Avropa İttifaqı rəhbəri Roberta Metsola Azərbaycanı Qarabağda baş verən son hadisələrdən sonra etibarsız tərəfdaş adlandıraraq, Azərbaycandan qaz almamağa çağırıb. 
 
Oktyabrın 5-də"Politico" nəşri yazıb ki, Avropa İttifaqının Bakıya qarşı sanksiyalar tətbiq etməsi ehtimalı azdır. Nəşr səbəb kimi Aİ-nin Azərbaycandan təbii qaz tədarükündən asılı olması göstərilir.  
 
Oktyabrın 5-də Avropa Parlamentinin üzvləri Qarabağdakı vəziyyətlə əlaqədar Avropa İttifaqını Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul ediblər. 

Sənəddə qeyd olunur ki, Qarabağda "çoxsaylı atəşkəs pozuntularına və insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan” Azərbaycan hökumətindəki şəxslərə qarşı sanksiyalar tətbiq etməyə çağırır.

Avropa Parlamenti həmçinin Brüssel və Bakı arasında əməkdaşlığın inkişafına yenidən baxmağa  və Azərbaycan qazının idxalından asılılığı azaltmağa çağırıb.
 
Gülnar Nazimqızı 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Ermənistana 900 tona yaxın dizel göndərir
İqtisadiyyat 11:11
Azərbaycan Ermənistana 900 tona yaxın dizel göndərir
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:52
Azərbaycan nefti ucuzlaşıb
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol