• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

“AzerGold”un ixrac gəlirləri artıb

“AzerGold”un ixrac gəlirləri artıb
09.10.2023 16:04
2023-cü ilin sentyabrında "AzerGold” QSC bu ilin sentyabr icra etdiyi ixrac əməliyyatı nəticəsində xarici bazarda 13,3 min unsiya qızıl və 15,8 min unsiya gümüşün satışına nail olub. Bu barədə "AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) məlumat yayıb.
 
İxrac əməliyyatları nəticəsində "AzerGold” fəaliyyət dövrü üçün aylıq rekord məbləğdə - 43 milyon 210 min manat vəsaiti ölkə iqtisadiyyatına cəlb edib.
 
Cari ilin ilk 8 ayı ərzində icra olunan hasilat və ixrac əməliyyatları ötən ilin eyni dövrü ilə müqayisədə az olsa da, plan üzrə davam etdirilən uğurlu fəaliyyət nəticəsində ilin sonunadək müəyyənləşdirilmiş illik hasilat və ixrac hədəflərinin üstələnməsi nəzərdə tutulub.
 
2017-ci ildə Daşkəsən rayonunda yerləşən yalnız 1 mədənin – "Çovdar” qızıl yatağının istismarı ilə yola çıxan "AzerGold” QSC ötən 7 il ərzində "Çovdar” yatağının cinahlarında, Daşkəsən və Göygöl rayonlarının ərazisində yerləşən daha 3 qızıl mədənini istismara verməyə nail olub. 2021-ci ildə "Ağyoxuş-1” qızıl mədənində istismar işləri tamamlanıb, "Çovdar”, "Mərəh” və "Tülallar” mədənlərində isə hasilat prosesi davam etdirilir. Paralel olaraq "AzerGold” QSC tərəfindən Naxçıvan Muxtar Respublikası, Balakən və Kəlbəcər rayonlarında mövcud qızıl, mis və digər əlvan metal sahələrində müxtəlif mərhələlərdə olan kəşfiyyat və tədqiqat işlərini davam etdirir.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Ermənistana 900 tona yaxın dizel göndərir
İqtisadiyyat 11:11
Azərbaycan Ermənistana 900 tona yaxın dizel göndərir
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:52
Azərbaycan nefti ucuzlaşıb
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol