Bakıətrafı qəsəbələrdə çirkab sular Xəzərə axıdılır - Millət vəkili

Bakıətrafı qəsəbələrdə kanalzasiya olmadığından çirkab sular Xəzərə axıdılır. Bunu deputat Afət Həsənova deyib.
"Neft emanı zaman əlavə tullantıların olması, mərkəzləşmiş kanalzasiyanın olmaması səbəbindən tullantılar xəzərə axıdılır. Çirkab suları həm də torpağa zərər verir və nəticədə sürüşmə halları yaranır. Hövsan ərazisində vətəndaşların müraciəti əsasında araşdırdıq və problem təsdini tapdı”, - deputat oktyabrın 10-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında çıxışı zamanı bildirib.
Ekologiya və Təbii SƏrvətlər nazirinin müşaviri Rasim Səttarzadə deputata cavab olaraq bildirib ki, bu cür şikayətlər olduğu zaman ərazini tullantılarla çirkləndirən zavodlara gedib baxmaq səlahiyyətləri yoxdur.
"Birinci problem səyyar yoxlamaların keçirilməsi ilə bağlı olan məhdudiyyətlərdir. Düşünürəm ki, özəl sektorunun sahibkarları işinə qarşı məsuliyyətli olmalıdır. Hər hansı çirklənmə prosesini yaratmamaqda maraqlı olmalıdır. Məsələn Maqdonals kimi şirkətdə bu cür nöqsanları görmək olmaz. Çünki onlar utanc gətirən hərəkətlərə yol verməyi özlərinə yaraşdırmır və imicinə xələl kimi hesab edir”, - nazir müşaviri qeyd edib.
Gülnar Nazimqızı
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər