AMB sədri - İllik inflyasiya 6% civarında proqnozlaşdırılır
Azərbaycanda illik inflyasiya 6% civarında proqnozlaşdırılır. Bu barədə Report Mərkəzi Bankın sədri Taleh Kazımova istinadan yazıb.
"Bu ilin avqustunda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 108 % təşkil edib. Yəni əmtəə və xidmətlər 8 % bahalaşıb. Bura həm ərzaq, həm də qeyri-ərzaq malları aiddir. Proqnozlarımız göstərir ki, bu ilin sonuna illik inflyasiya 6 % civarında olacaq. Bu da AMB-nin hədəf diapazonununa (4+-2) yaxındır və iqtisadi inkişafımız üçün vacibdir. Bizim əsas məqsədimiz də elə inflyasiyanın idarə edilməsidir", - o qeyd edib.
Bir necə gün öncə Dünya Bankının açıqlamasına görə Azərbaycanda cari il üçün inflyasiya göstəricisi 8,5 % gözlənilir. Bu rəqəmin 2024-cü il 6,2% olacağı proqnoz edilib.
Dövlət Statistika Komitəsinin altı aylıq hesabatına görə, Azərbaycanda inflyasiya 12,7% təşkil edib.
Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib ki, Azərbaycanda inflyasiyanın iki rəqəmli olacağı proqnozlaşdırılsa da ilin sonuna kimi bu rəqəmin 10%-dan az olması da mümkündür.
2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9% təşkil edib.
İqtisadiyyat Nazirliyinin yenilənmiş hesablamalarına əsasən, 2023-cü il üçün inflyasiya 10,4% səviyyəsində proqnozlaşdırılır.
2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9% təşkil edib.
İqtisadiyyat Nazirliyinin yenilənmiş hesablamalarına əsasən, 2023-cü il üçün inflyasiya 10,4% səviyyəsində proqnozlaşdırılır.
Gülnar Nazimqızı
www.anews.az
Son xəbərlər
Daha çox