BP və tərəfdaşları sosial investisiya layihələrinə Azərbaycanda nə qədər pul xərcləyib?- Açıqlama
2023-ci ilin birinci yarısında BP və tərəfdaşları sosial investisiya layihələrinə Azərbaycanda 1 milyon dollardan artıq vəsait xərcləyib. Bu barədə "BP-Azerbaijan" şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlı sosial layihələr və Yevlax nasos stansiyasına təşkil olunmuş mediaturda bildirilib.
Onun sözlərinə görə, layihələrə 13 təhsil proqramı, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən dörd layihə və ətraf mühit üzrə bir təşəbbüs daxildir.
"Ümumilikdə fəaliyyətə başladığı vaxtdan indiyədək BP özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə təqribən 109 milyon ABŞ dolları vəsait xərcləyib",- o əlavə edib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox