Mübariz Mənsimov bu şəhidlərin yaxınlarına dəstək olacaq
"Palmali Holdinq" şirkətinin rəhbəri Mübariz Mənsimovun sədrlik etdiyi Təhsil və Yardımlaşma Fondu yanvarın 27-də Azərbaycanın tehrandakı səfirliyinə hücumu nəticəsində şəhid olan Orxan Əsgərovun qızına, şəhid Cəbrayıl Dövlət Cəbrayılzadənin bacısına və Adil İbrahimlinin həyat yoldaşına təqaüd ayırıb. Bu barədə şirkətin sözçüsü Fidan Quliyeva bildirib.
Adil İbrahimli noyabrın 7-də Şuşa istiqamətində gedən döyüşlərdə, Cəbrayıl Dövlətzadə isə sentyabrın 28-də Kəlbəcər istiqamətindəki döyüşlərdə şəhid olub.
Bundan əvvəl Mübariz Mənsimovun rəhbərlik etdiyi "Palmali Holdinq"ə məxsus şirkət gəmilərinə Adil İbrahimlinin və Cəbrayıl Dövlətzadənin adını verib.
Mənsimovun sədrlik etdiyi Təhsil və Yardımlaşma Fondu 150 tələbəyə təqaüd ayırdığını açıqlayıb. Təqaüd ayrılan tələbələrlə yaxın zamanda görüş olacağı gözlənilir.
2022-ci ilin əvvəlində "Palmali” şirkətlər qrupunun prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimov bəyan etmişdi ki, "Palmali” donanmasına daxil olan bütün gəmilərə şəhidlərin adları veriləcək. Bu təşəbbüsün həyata keçirilməsi nəticəsində 2022-ci ildə "Palmali” donanması dəniz sularına 9 (doqquz) yeni gəmi yola salıb ki, bunların hamısı Vətən müharibəsi şəhidlərinin adlarını daşıyır: Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimov, şəhidlər Adil İbrahimli, Mətin Hüseynov, Pəncəli Teymurov, Xudayar Yusifzadə, İman və Bəhram Məmmədzadələr qardaşları, Malik Əliyev, Əli Nəcəfov, Cəbrayıl Dövlətzadə.
2023-cü ildə də "Palmali” donanmasına daxil olacaq yeni gəmilərə şəhidlərin adları veriləcək. Bunlar "Sabuhi Ahmadov”, Elvin Safarov”, "Vusal Maharramov”, "Babak Mahmudlu”, "Mukhtar Gasımlı”, "Royad Mammadov”, "Karabakh Heroes”, yəni "Qarabağ qəhrəmanları” gəmiləri olacaq.
2023-cü ildə də "Palmali” donanmasına daxil olacaq yeni gəmilərə şəhidlərin adları veriləcək. Bunlar "Sabuhi Ahmadov”, Elvin Safarov”, "Vusal Maharramov”, "Babak Mahmudlu”, "Mukhtar Gasımlı”, "Royad Mammadov”, "Karabakh Heroes”, yəni "Qarabağ qəhrəmanları” gəmiləri olacaq.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox