• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

Avropada qaz ehtiyatları tarixi maksimumuna çatır

Avropada qaz ehtiyatları tarixi maksimumuna çatır
16.10.2023 22:45
Avropa İttifaqında (Aİ) ümumi qaz ehtiyatları bütün tarixi ərzində mütləq maksimuma çatıb.

Bu nəticəyə "Gas Infrastructure Europe”un məlumatlarına əsasən gəlinib.

Hazırda Avropanın yeraltı qaz anbarları 97,89% doludur (son beş il ərzində bu tarix üçün orta göstəricidən 8,54 faiz bəndi çoxdur) ki, burada 107,75 milyard kubmetr qaz var. Avropa ölkələri hələ avqustun ortalarında öz yeraltı anbarlarını isitmə mövsümü üçün nəzərdə tutulan 90%-ə qədər qazla doldurublar. Daha əvvəl Avropa Komissiyası belə göstəricilərə yalnız noyabr ayına qədər nail olunacağını gözləyirdi.

Bundan əvvəl Aİ-nin yeraltı qaz anbarlarının mütləq maksimum doluluğu 28 oktyabr 2019-cu ildə müşahidə edilib ki, bu da 97,84% təşkil edib.

Beynəlxalq Enerji Agentliyi daha əvvəl Avropanın öz qaz anbarlarını, demək olar ki, 100%-ə qədər doldura biləcəyini bildirmişdi. Lakin vurğulamışdı ki, hətta yüksək həcmdə ehtiyatlar belə, qış soyuq keçəcəyi və Rusiyadan qaz nəqli tamamilə dayandırılacağı halda bazarda qeyri-sabitliyə səbəb ola bilər. Beynəlxalq Enerji Agentliyi, həmçinin, ehtimal edib ki, qarşıdan gələn istilik mövsümünün sonuna qədər Aİ-nin yeraltı qaz anbarlarında ehtiyatlar kritik 20%-dən aşağı düşə bilər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Ermənistana 900 tona yaxın dizel göndərir
İqtisadiyyat 11:11
Azərbaycan Ermənistana 900 tona yaxın dizel göndərir
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:52
Azərbaycan nefti ucuzlaşıb
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol