• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

Ehtiyac yaranarsa Azərbaycandan qaz alınacaq - Sebastyan

Ehtiyac yaranarsa Azərbaycandan qaz alınacaq - Sebastyan
17.10.2023 16:01
Rumıniyanın qaz anbarları hazırda tam doludur. Bu barədə Tacc agentliyi energetika naziri Sebastyan Burdujaya istinadan yazıb. 

"Hazırda ötən ilin eyni dövrü ilə müqayisədə bizdə 417 milyon kubmetr çoxdur. Bu o deməkdir ki, qışda hasil olunacaq qazla yanaşı, texniki səbəblərdən hasilat az olsa belə, Mövcud təchizatla, idxala əl atmadan qışdan çıxmalıyıq. Əgər qış çox soyuq keçərsə və ya Moldova əhəmiyyətli yardım istəsə, o zaman Buxarest Azərbaycandan qaz alacaq və ya Yunanıstandan LNG tədarükünü təşkil edəcək.

2020-ci ilin dekabrdan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycandan Avropaya 28 milyard kubmetr qaz ixrac edilib.
 
2023-cü ilin birinci yarısında Azərbaycandan Avropaya qaz ixracı 8,9% artıb. 2022-ci ildə Azərbaycan qaz ixracını 18%, yəni  22,3 milyard kubmetrədək artırıb, Avropaya tədarük 11,4 milyard kubmetr (+39%) təşkil edib.
 
2023-cü il ixrac olunan qazın 42,1% Türkiyənin, 35,8% isə İtaliyanın payına düşüb. 
 
Azərbaycan Avropaya qaz nəqlinə 2020-ci il dekabrın 31-dən başlayıb. 2021-ci ildə tədarükün həcmi 8 milyard kubmetri ötübsə, 2023-cü ildə təqribən 12 milyard kubmetr təşkil edəcək. 2027-ci ilə qədər tədarüklərin həcmi ildə ən azı 20 milyard kubmetrə çatacaq.

Hazırda Avropada Azərbaycan qazını İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya alır. Bundan əlavə, 2023-cü ilin sonuna qədər Azərbaycan qazı tədarük edə bilər.
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Ermənistana 900 tona yaxın dizel göndərir
İqtisadiyyat 11:11
Azərbaycan Ermənistana 900 tona yaxın dizel göndərir
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:52
Azərbaycan nefti ucuzlaşıb
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol