• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

Azərbaycan sement ixracından gəlirləri artırıb- RƏSMİ

Azərbaycan sement ixracından gəlirləri artırıb- RƏSMİ
17.10.2023 16:39
2023-cü ilin yanvar-sentyabrında Azərbaycan 35 milyon 505,16 min dollar dəyərində 620 min 755,61 ton sement ixrac edilib.  Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında bildirilib.
 
Bildirilir ki, ixrac göstərciləri məbləğ ifadəsi ilə 11 milyon 569,82 min dollar (48,3%), miqdar ifadəsi ilə 104 min 743,17 ton (20,3%) artıb.

2022-ci ilin yanvar-sentyabrında xaricə 23 milyon 935,34 min ABŞ dolları dəyərində 516 min 012,44 ton sement ixrac edilmişdi.
 
Cari ilin doqquz ayında sementin ümumi ixracda xüsusi çəkisi 0.13%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 1.46%-ə bərabər olub.

2023-cü ilin yanvar-iyulunda  Azərbaycanda 592,9 milyon manatlıq (cari məzənnə ilə 348,7 milyon ABŞ dolları dəyərində ) tikinti materialları istehsal olunub ki, bu da 2022-ci ilin eyni aylarının göstəricisindən 24,1% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Ötən ildə Azərbaycanda sement istehsalı 3,5% artaraq 3 milyon 558,1 min ton təşkil etmişdir.

2022-ci ildə Azərbaycanda 1 milyard 85,7 milyon manatlıq (indiki məzənnə ilə 638,8 milyon ABŞ dolları) tikinti materialları istehsal edilib ki, bu da 2021-ci illə müqayisədə 12,6% çoxdur.
 
Aytac Zeynalova 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Ermənistana 900 tona yaxın dizel göndərir
İqtisadiyyat 11:11
Azərbaycan Ermənistana 900 tona yaxın dizel göndərir
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:52
Azərbaycan nefti ucuzlaşıb
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol