• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

Doqquz ayda dövlət büdcəsinin gəlirləri artıb

Doqquz ayda dövlət büdcəsinin gəlirləri artıb
19.10.2023 10:07
2023-cü ilin yanvar-sentyabrında dövlət büdcəsinin gəlirləri 22 milyard 76 min manat, xərcləri isə 23 milyard 214 milyon 5 min manat olub, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,8 faiz (və ya 2667,4 milyon manat) çoxdur. Bu barədə Maliyyə nazirliyinin hesabatında bildirilib.

Cari ilin doqquz ayında dövlət büdcəsinin daxilolmalarının 12810,7 milyon manatı vergi daxilolmalarının, 4706,6 milyon manatı  gömrük rüsumları və idxala vergi daxilolmalarının payına düşüb.
 
Bundan əvvəl maliyyə nazirliyinin hesabatında 2024-cü ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 80 milyon manatı xarici yardımların payına düşəcəyi açıqlanmışdı, bu da, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 29,5 % azdır.

Maliyyə naziliyinin hesabatında qeyd olunur ki, xarici yardımlarla bağlı xərcləri ümumi dövlət xidməti xərclərinin 1,7 %-ni təşkil edəcək.

2024-cü ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 523,9 milyon manatı məqsədli büdcə fondlarına ayırmaların payına düşəcək, bu da ötən ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 44,3 % çoxdur.
 
2022-ci il dövlət büdcəsinin gəlirləri 29 milyard 197 milyon 800,0 min manat, xərcləri 32 milyard 303 milyon 800,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 28 167 624,0 min manat, yerli gəlirləri 1 030 176,0 min manat, mərkəzləşdirilmiş xərcləri 31 233 684,0 min manat, yerli xərcləri 1 070 116,0 min manat) məbləğində təsdiq edilib.
 
Dövlət büdcəsinin gəlirlərinin ÜDM-də xüsusi çəkisi 22,9% olub.

Ayac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Ermənistana 900 tona yaxın dizel göndərir
İqtisadiyyat 11:11
Azərbaycan Ermənistana 900 tona yaxın dizel göndərir
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:52
Azərbaycan nefti ucuzlaşıb
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol