• $ 1.7
  • € 1.7876
  • ₽ 1.9209
  • ₺ 0.0467
  • £ 2.155

Deputat gender bərabərliyinin bərpası üçün bir sıra təkliflər verib

Deputat gender bərabərliyinin bərpası üçün bir sıra təkliflər verib
27.10.2023 11:45
Azərbaycanda gender bərabərliyinin bərpası istiqamətində Məişət Zorakılığının Qarşısının Alınması  üçün mötəbər məlumat bazasının formalaşdırılması, profilaktiki məzmunu önə çəkmək  üçün bir sıra ölkələrdəki kimi "Zorakılığın Qarşısının Alınması üzrə Milli Mərkəz” yaratmaq olar. Bunu deputat Zahid Oruc bildirib. 
 
"Hesab edirəm bir sıra təkliflər istiqamətində düşünmək olar. Böyük Qayıdış Strategiyasının reallaşdırılması ilə bağlı azad olunmuş ərazilərdə qadın və uşaqlarla bağlı ayrıca dövlət proqramı qəbul edilsin. Məişət Zorakılığının Qarşısının Alınması  üçün mötəbər məlumat bazasının formalaşdırılması, profilaktiki məzmunu önə çəkmək  üçün bir sıra ölkələrdəki kimi "Zorakılığın Qarşısının Alınması üzrə Milli Mərkəz” yaratmaq olar. Dünya praktikası göstərir ki, profilaktika qanunları cinayət və inzibati məcəllələrin ayrı-ayrı maddələrindən daha səmərəlidir. İcbari tibbi sığorta proqramları çərçivəsində qadın və uşaqların səhiyyə əlçatanlığı paketinin gücləndirilməsi zəruridir. Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi üçün işçi qrup yaratmaq, tərkibini formalaşdırmaq olar", - deputat oktyabrın 27-də Milli Məclisdə ictimai dinləmə zamanı çıxışında bildirib. 
 
Deputat vurğulayıb ki, qlobal gender bərabərliyi reytinqində Azərbaycan yeri yüksək deyil. 

"2022-ci ildə Azərbaycanda 15-17 yaş arası 2011 qız ana olmasına dair məlumat təşkil edib. Dövlət Statistika Komitəsinin Azərbaycandakı demoqrafik durumla bağlı 2022-ci ilə dair hesabatında belə qeyd edilib. Hesabatda göstərilir ki, 18 yaşı tamam olmayan qızların ana olması halları 2021-ci illə müqayisədə artıb. Belə ki, 2021-ci ildə yeniyetmə anaların sayı 1650 nəfər olmuşdu. 2022-ci ildə ölkədə baş verən cinayət hadisələri üzrə 25449 zərərçəkmiş şəxs var. Onlardan 7455-i qadın olub. Yəni, ümumi zərəçəkənlərin üçdə biri qədər. Onlardan da 309-u qadınlar olub. Həyacandoğrucu rəqəmlərdir. Ən çox narahatlıq doğruan hal odur ki, onlardan 24-ü yetkinlik yaşına çatmayıb. Deməli, gələcəyimiz saydığımız bu sayda azyaşlı qızlar qətl qurbanı olub", - deputat çıxışında qeyd edib. 
 
Gülnar Nazimqızı 
 






www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol