Əli Əsədov Gürcüstanda Paşinyanla görüşüb
Gürcüstanda Azərbaycan və Ermənistan baş nazirləri Gürcüstanın prezidenti İrakli Qaribaşvilinin vasitəçiliyi ilə görüşüb. Bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
Danışıqların detalları barəsində hələlik məlumat açıqlanmayıb.
Oktyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Tbilisidə həmkarı ilə görüşdən sonra mediaya etdiyi bəyanatında bildirib ki, Azərbaycan-Ermənistan danışıqları Gürcüstanda baş tuta bilər.
Bundan əvvəl Gürcüstan 2021-ci il Azərbaycanın Ermənistana 15 hərbi qulluqçusunun göndərilməsində və İrəvanın Bakıya mina xərətilərinin verilməsində vasitəçilik edib. Bundan başqa 2022-ci ilin iyulunda Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Tiblisidə birgə görüşü baş tutub.
Gülnar Nazimqızı
www.anews.az
Son xəbərlər
Daha çox