Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 13 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsinin dəyəri 4 milyard 735 milyon 125 min ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsindən xəbər verilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,5 % çoxdur.
Hesabat dövründə Azərbaycanın ticarət dövriyyəsinin dəyəri azalan sıra üzrə Rusiya ilə 3 milyard 133 milyon 541 min ABŞ dolları (1 il əvvələ nisbətən 23,5 % çox), Türkmənistanla 678 milyon 373 min ABŞ dolları (2,2 dəfə çox), Qazaxıstanla 269 milyon 39 min ABŞ dolları (35,5 % az), Ukrayna ilə 247 milyon 78 min ABŞ dolları (52,7 % az), Belarusla 238 milyon 763 min ABŞ dolları (12,6 % az), Özbəkistanla 120 milyon 294 min ABŞ dolları (8,2 % az), Qırğızıstanla 35 milyon 329 min ABŞ dolları (5,8 dəfə çox), Moldova ilə 8 milyon 169 min ABŞ dolları (41,7 % az), Tacikistanla 4 milyon 534 min ABŞ dolları (15 % çox) olub.
Yanvar-sentyabrda Azərbaycandan Rusiyaya 864 milyon ABŞ dolları (illik müqayisədə 37,7 % çox), Qazaxıstana 81 milyon 38 min ABŞ dolları (34 % çox), Türkmənistana 64 milyon 188 min ABŞ dolları (4,8 dəfə çox), Ukraynaya 75 milyon 984 min ABŞ dolları (4,4 dəfə az), Özbəkistana 34 milyon 306 min ABŞ dolları (8,5 % çox), Qırğızıstana 32 milyon 627 min ABŞ dolları (18,1 dəfə çox), Belarusa 21 milyon 930 min ABŞ dolları (3,8 dəfə az), Moldovaya 4 milyon 772 min ABŞ dolları (2,3 dəfə az), Tacikistana 4 milyon 428 min ABŞ dolları (15,3 % çox) dəyərində məhsul ixrac edilib. Ölkənin ümumi ixracında Rusiya 3,3 %, Qazaxıstan 0,3 %, Türkmənistan 0,2 %, Ukrayna 0,3 %, Özbəkistan 0,1 %, Qırğızıstan 0,1 %, Belarus 0,08 %, Moldova 0,02 %, Tacikistan 0,02 % paya sahib olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər